SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Təhsil sahəsində lisenziyalar üçün dövlət rüsumu iki dəfə azaldılıb

Təhsil sahəsində lisenziyalar üçün dövlət rüsumu iki dəfə azaldılıb
22-12-2015, 14:57 50112 dəfə baxılıb

Azərbaycanda təhsil sahəsində lisenziyaların verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb.
 
Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən  “Lisenziyalaşdırma Qaydası”nda əksini tapıb.
 
Bundan sonra məktəbərqədər təhsil müəssisələri üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) üçün 2000 manat, ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) üçün 2000 manat, orta ixtisas təhsili müəssisələri üçün 2000 manat, ali təhsil müəssisələri üçün 2750 manat, əlavə təhsil müəssisələri üçün 1500 manat, dini orta ixtisas təhsili müəssisələri üçün 2000 manat, ali dini təhsil müəssisələri üçün 2750 manat olacaq.
 
İndiyə qədər məktəbərqədər təhsil müəssisələri üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 2500 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) üçün 4000 manat, ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) üçün 4000 manat, orta ixtisas təhsili müəssisələri üçün 4000 manat, ali təhsil müəssisələri üçün 5500 manat, əlavə təhsil müəssisələri üçün 3000 manat, dini orta ixtisas təhsili müəssisələri üçün 4000 manat, ali dini təhsil müəssisələri üçün 5500 manat olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ