SON DƏQİQƏ

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

PressDent.Info

“Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr”

“Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr”
17-12-2015, 12:29 42282 dəfə baxılıb

Təhsil Nazirliyinin (TN) dəstəyi ilə Respublika Elmi Konfrans keçirilib.

 Bakı şəhəri, “Holiday İnn” otelinin Bakı zalında (Kövkəb Səfərəliyeva küçəsi, 5) Təhsil Nazirliyinin (TN) dəstəyi ilə  Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
 
Respublika elmi konfrans Azərbaycan Respublikasının Təhsil Nazirinin 29 mart 2015-ci il tarixli 314 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planı”na əsasən keçirilib.
 
 
Respublika Elmi Konfransı rəsmi olaraq açıq elan edən ARTPİ-nin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov konfrans iştirakçılarını salamlayaraq Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələrdən söz açdı.
Konfransın əsas məqsədi: təhsil əsri elan edilən XXI yüzillikdə Respublikada aparılan təhsil islahatları diqqət mərkəzində olarkən müstəqil Azərbaycanın mühüm atributlarından biri olan milli təhsilin qurucuları kimi dünya təhsilinin inkişafında iştirak etdiyi dövrdə Dövlət Strategiyasına əsasən pedaqoji elmlərin vəzifəsinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikasında səriştə əsaslı nəticəyönümlü yeni təhsil məzmununun yaradılması məsələlərinin reallaşdırılması üçün konkret təkliflərin hazırlanmasıdır. 
 
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Təhsil Nazirıiyinin sektor müdiri Gültəkin Hüseynova, Milli Məclisin üzvü Bəxtiyar Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru professor Asəf Zamanov, ADPU-nun rektoru rektoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Bakı Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun, o cümlədən qabaqcıl elm və təhsil xadimləri, ali və ümumtəhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. 
 
“Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikasının yeni təhsil sisteminin elmi pedaqoji əsasları ilə bağlı olub həm nəzəri, həmdə praktik əhəmiyyət daşıyır. 
 
 
Konfransda Təhsil Nazirinin müavini,pedaqojiprofilli ali təhsil müəssisələrinin rektorlarının çıxışı səsləndi. Konfransa 126 məruzə mətni daxil olmuşdur. Tədbir zamanı konfransın materialları çap olunmuş şəkildə iştirakçılara paylandı.
 

 

Plenar iclasından sonra günün ikinci yarısı konfrans işini bölmə iclaslarında davam etdirdilər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ