SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi davam edir

Müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi davam edir
3-12-2015, 15:45 47589 dəfə baxılıb

Dekabrın 4-ü və 6-da Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Təhsil Nazirliyindən Masallı Olimpiya İdman Kompleksində keçiriləcək diaqnostik qiymətləndirmədə nazirliyin sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.
 
Artıq imtahanlara hazırlıq işləri yekunlaşdırılıb. Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrinin imtahanlarda iştirak edəcək müəllimlərinin imtahana dəvət olunduqları vaxt və məkan haqqında məlumatlar onlara çatdırılmaq üçün yerli təhsili idarəetmə orqanına təqdim edilib. Müəllimlər, həmçinin Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq imtahana dəvət olunduqları vaxt və məkan barədə məlumat ala bilərlər.
 
Diaqnostik qiymətləndirmədə Masallı rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan 2500-ə, Cəlilabad rayonu üzrə 2600-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur.
 
Qeyd edək ki, müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış ola biləcəklər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ