SON DƏQİQƏ

PressDent.Info

Dərs cədvəlinin tərtibində nələrə diqqət edilməlidir? - VİDEO

Dərs cədvəlinin tərtibində nələrə diqqət edilməlidir? - VİDEO
2-12-2015, 18:15 59334 dəfə baxılıb

Təhsil prosesinin normal təşkilini təmin edən əsas sənədlərdən biri dərs cədvəlidir.  

Buna görə də tədris ocaqlarında dərs cədvəlinin tərtibinə ciddi diqqət yetirilməlidir. Lakin  bəzi ümumtəhsil məktəblərdə bu belə deyil. Yəni dərs cədvəlinin birinci saatını  fiziki tərbiyə, musiqi, rəsm kimi nisbətən asan  fənnlər təşkil edir. Növbəti saatlarda isə aparıcı fənnlər ardıcıl keçildiyindən şagirdlər zehni cəhətdən yorulur və dərsləri qavramaqda  çətinlik çəkirlər. 34 ildir pedaqoji sahədə çalışan Nüşabə Məcidovanın sözlərinə görə, fiziki tərbiyə dərslərinin yazılı çalışmaların yerinə yetirildiyi fənnlərdən əvvəl keçilməsi məqsədəuyğun deyil. Çünki bu həm  şagirdlərin fiziki cəhətdən yorulmasına, həm məktəbli geyimlərinin sıradan çıxmasına  səbəb olur. Müəllim onu da bildirdi ki, həftə sonu tədris olunan fənlərin də cədvəli  düzgün bölüşdürülməlidir.

Həftənin dördüncü gününə qədər çətin dərslər keçilməlidir. 5- 6-cı günlər isə  asan və tez başa düşülən fənnlər salınmalıdır. Dərs cədvəlinin tərtibi zamanı məktəblinin sağlamlıq,  psixoloji və fizioloji imkanları nəzərə alınmalıdır. Çünki bunlar təhsilin keyfiyyətinə mühüm təsir göstərir.  

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ