SON DƏQİQƏ

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Bu gündən müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilir

Bu gündən müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilir
2-12-2015, 18:08 55332 dəfə baxılıb


Qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq maaşı artırılacaq.

Bu gündən etibarən Azərbaycanın 3 ən böyük şəhər və 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilir.
 
Ilk imtahan bu gün və sabah Xaçmaz rayon müəllimləri üçün Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq.  İmtahan Xaçmaz Olimpiya Bina Kompleksində keçiriləcək. İki gün davam edəcək imtahan saat 08:00-dan başlayıb axşam 17:00-ə qədər davam edəcək. Müəllimlər 40-ı ixtisas, 20-i metodik suallar olmaqla 60 sualı cavablandıracaqlar.
 
Xatırladaq ki, növbəti mərhələdə, yəni dekabrın 4-6-da Masallı və Cəlilabad rayonundan olan müəllimlər Masallı Olimpiya İdman Kompleksində, dekabrın 9-12-də İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində, dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.
 
2016-cı ilin yanvarından həmin rayon və şəhər müəllimlərinin əmək haqlarının artırılması planlaşdırılır.
 
Qeyd edək ki, diaqnostik qiymətləndirilmə nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir. Diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil edilir.
 
Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.
 
Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlər Azərbaycan Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.
 
Qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.
 
Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.
 

 

Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ