SON DƏQİQƏ

PressDent.Info

Abituriyentlərə 10 gün vaxt verildi

Abituriyentlərə 10 gün vaxt verildi
14-08-2015, 15:58 31528 dəfə baxılıb

u gündən 2015/2016-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, ali məktəblərə qəbul olan şəxslərin qeydiyyatı avqustun 24-dək davam edəcək.
 
Qəbul olunan şəxslər göstərilən müddətdə qəbul olduqları ali təhsil müəssisəsinə müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
 
Bu müddət ərzində qeydiyyatdan keçməmək qaydalara uyğun olaraq həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
 
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
FaktXəbər

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ