16:43 - Azərbaycan ziyallısı, Xızı rayon təhsil şöbəsinin müdürü Abdullayev Oktay Rza oğlu...
13:37 - Azərbaycanı işıqlı gələcəyə aparan yolun banisi Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyev!..
12:14 - “1000 bərəkət, halal nemət” - Halallığa tam zəmanət - VİDEO + FOTO
03:08 - Ramil Nabran: Ramil Nabran - Salam Qarabağ
12:04 - Şəhərimizin yeni siması Orbita MTK tikinti şirkətidir.
09:01 - Армяне или хаи? Маски сорваны
19:55 - Gənc müğənni Ramin Agakisiyev - Sevdiyim mahnısı
11:48 - AZƏRBAYCANDA MƏMUR ÖZBAŞNALIĞI
Dörd rektor vəzifəsindən azad edildi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.H.Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqınd sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Aqiyə Həbib qızı Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin".
Prezident İlham Əliyev Səməd Seyidovun Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb.
İlham Əliyevin başqa bir sərəncamı ilə isə Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoruAğacan Qulam oğlu Abiyev də prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.