SON DƏQİQƏ

PressDent.Info

Dünyanın 10 ən yaxşı təhsilli ölkəsi - SİYAHI

Dünyanın 10 ən yaxşı təhsilli ölkəsi - SİYAHI
10-11-2015, 23:16 30282 dəfə baxılıb

Son elmi araşdırmalara görə, iqtisadi böhran zamanı bütün dünyada ölkələrin məzunlarının akademik göstəriciləri artır. İnkişaf etmiş ölkələr isə zamanla ən yaxşı nəslə sahib olublar. 
 
İqtisadi Əməkdaşlıq və Təhsilin İnkişafı Təşkilatının (İƏTİT) son hesabatında 34 ölkə üzrə ali təhsilli sakinlərin əhalinin ümumi sayına nisbəti hesablanıb. Hesabatın əsasında isə 10 ən yaxşı təhsilli ölkənin adı açıqlanıb.
 
Təşkilatın hesabatına görə, birinci yerdə Kanada dayanır. Kanada əhalisinin 51 faizi ali təhsillidir. 
 
İkinci sırada İsraildir. Bu ölkədə ali təhsillilərinin göstəricisi 92 faiz olub. Hazırda ölkə əhalisinin 46 faizi ali təhsillidir.
 
Üçüncü yerdə 45 faiz göstərici ilə Yaponiya qərarlaşıb. Burada təhsil xərclərinin az olmasına baxmayaraq, ölkədəki ali təhsillilər arasında diplom işlərinin ümumi göstəricisi 96 faizdir.  
 
Bundan sonrakı sıralamada Amerika Birləşmiş Ştatları, Yeni Zelandiya,  Cənubi Koreya, Britaniya, Finlandiya, Avstraliya, İrlandiya gəlir. Bu ölkələrdə yuxarı yaşlı əhalinin əksəriyyəti ali təhsillidir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ