SON DƏQİQƏ

PressDent.Info

Tələbələrin təqaüdü artırıldı

Tələbələrin təqaüdü artırıldı
10-11-2015, 23:15 89188 dəfə baxılıb

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb.
 
Sərəncama əsasən, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamda aşağıdakı dəyişikliklər edilib:
 
1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
 
"1.2. ali təhsil müəssisələrində:
 
adlı təqaüd alan tələbələrə – 120 manat
 
magistratura səviyyəsi üzrə:
 
akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat
 
akademik göstəriciləri 71-91 bal olan tələbələrə – 85 manat
 
akademik göstəriciləri 51-71 bal olan tələbələrə – 55 manat
 
bakalavriat səviyyəsi üzrə:
 
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat
 
akademik göstəriciləri 71-91 bal olan tələbələrə – 80 manat
 
akademik göstəriciləri 51-71 bal olan tələbələrə – 50 manat
 
1.3. orta ixtisas təhsili müəssisələrində:
 
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat
 
akademik göstəriciləri 71-91 bal olan tələbələrə – 40 manat
 
akademik göstəriciləri 51-71 bal olan tələbələrə – 35 manat” .
 
Bundan başqa, sərəncama əsasən, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçiriləcək.
 
Nazirlər Kabinetinə isə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etmək və bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 
Qeyd edək ki, bu sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ