SON DƏQİQƏ

PressDent.Info

Müəllimlərin yazıpulu niyə kəsilib? - Nazirliyin AÇIQLAMASI

Müəllimlərin yazıpulu niyə kəsilib? - Nazirliyin AÇIQLAMASI
5-11-2015, 17:32 26892 dəfə baxılıb

Sınaq qiymətləndirməsindən keçən müəllimlərə yazı işlərinin yoxlanılmasına görə verilən məbləğ dayandırıldı.

Bakı şəhərində sınaq qiymətləndirməsindən keçən müəllimlərin maaşları artırılan zaman onların dərs saatı 18 saata (1 stavka) qaldırıldı. Yazı işlərinin yoxlanılmasına görə verilən məbləğ isə dayandırıldı. Hazırda Bakıdakı orta ümumtəhsil məktəblərində çalışan müəllimlərə, çalışdıqları məktəbin mühasibatlığından bildirilib ki, növbəti aydan dərs yükü 12 saat (1 stavka) olacaq, həmçinin yazı işlərinə görə verilən məbləğ bərpa olunacaq.
 
Məsələ ilə bağlı Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin bir stavka dərs yükü 18 saat müəyyənləşib:
 
“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının təhsil nazirinin 2015-ci il 13 mart tarixli 300 nömrəli əmrinə əsasən, dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin bir stavka dərs yükü 18 saat müəyyənləşdirilib.
 

 

Qeyd olunan əmrdə yazı işlərinin yoxlanılmasına görə əlavə haqq nəzərdə tutulmayıb”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ