SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Müəllimlər üçün yeni təlimlər keçiriləcək

Müəllimlər üçün yeni təlimlər keçiriləcək
29-10-2015, 00:35 40217 dəfə baxılıb

Təhsil Nazirliyi tərəfindən bu tədris ilində ümumtəhsil müəssisələrinin pedaqoji və inzibati-idarə heyəti üçün beş istiqamət üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
 
Nazirlikdən verilən məlumata görə, bunlar “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş təlim”, “Təlim keçmiş müəllim və inzibati-idarəetmə həyətinin İKT-nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə mentorluq xidmətinin təşkili”, “Fənn müəllimləri və ibtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə təlim”, “Təhsildə İKT, müasir təlim strategiyaları və layihə metodikasının istifadəsi üzrə təlim”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimləri” olacaq: “Təcrübə göstərir ki, peşəkarlıq səviyyələrini davamlı olaraq təkmilləşdirən müəllimlərin fəaliyyət göstərdikləri məktəblərdə şagirdlərin nailiyyətləri daha yüksəkdir. Bu baxımdan pedaqoji heyət üçün İKT-nin təhsilə tətbiqi üzrə peşəkarlıq səviyyəsinin artırılması istiqamətində keçirilən təlimlərin böyük əhəmiyyəti var”.
 
Nazirlikdən qeyd edilib ki, keçirilən təlimlərin nəticəsində müəllimlərin və inzibati idarəetmə heyətinin nəzəri və praktik bacarıqları artır, həmçinin informasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə vərdişləri formalaşır: "Bu isə öz növbəsində müəllimə səmərəli öyrənmə mühitinin qurulmasına şərait yaradır. Təlim ərzində müəllim mənimsədiyi nəzəri bilik və praktik bacarıqları tədris prosesində səmərəli şəkildə məqsədyönlü olaraq tətbiq edir. Müəllim təhsil müəssisələrində mövcud olan müasir texnologiyaların imkanlarından istifadə edir, tədris prosesinin şagirdlərin maraqlarına uyğun qurulmasını təmin edir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ