SON DƏQİQƏ

PressDent.Info

Xaricdə oxuyan məzunların diplomlarının tanınması asanlaşdırıldı

Xaricdə oxuyan məzunların diplomlarının tanınması asanlaşdırıldı
10-10-2015, 00:01 17605 dəfə baxılıb

Bu gündən etibarən nostrifikasiya prosedurundan keçmək üçün müraciət edən vətəndaşların təhsil sənədlərinə yalnız elektron formatda baxılacaq. Bu barədə Təhsil Nazirliyindən (TN) məlumat evrilib.
 
Nazirlikdən bildirilib ki, həmin sənədlər elektron qaydada yükləndikdən sonra TN sənədlərin formal tələblərə cavab verib-vermədiyini müəyyənləşdirir. Düzgün formatda yüklənmiş sənədlər barədə “İcraata götürülmüşdür” qeydi yazılır.
 
Formal tələblərə cavab verməyən sənədlər rədd edilənlər bölməsinə atılır. Vətəndaşların qeyd edilənlər barədə məlumat alması, həmçinin sənədlərin icrasını izləməsi məqsədi ilə onlara verilmiş kodlar vasitəsi ilə mütəmadi hesablarını yoxlamaları tövsiyə olunur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ