SON DƏQİQƏ

15:09 - Sumqayıt şəhər Tuq zavod yaşayış massivində fəaliyyət göstərən "STP - 3 Metaləritmə" zavodunda bu gün nöbəti dəfə partlayış olub. 4 - nəfər xəsarət alan var..

11:32 - Azərbaycan ordusu bizim milli sərvətimizdir.

17:00 - Sumqayıt Təcili Yardım Xəstəxanasında və Sumqayıt Polis İdarəsində Metaləritmə zavodunda baş verən ölüm hadisəsi haqqında heç bir məlumatları yoxdur?

12:26 - Səfa Şirinov kimi savadlı, bacarıqlı, gülərüz gənc kadırlara maksimal imkanlar yaradılaraq, patensial bacarıqlarından daha çox xeir götürmək olar...

17:22 - Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub

17:18 - İlham Əliyev Putini təbrik etdi

17:16 - Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO

17:13 - İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb

17:08 - Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

16:52 - Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"

16:48 - Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub

16:43 - TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ

15:07 - 9 saylı “Yol İstismarı” MMC - nin müdürü İsmayılov Natiq: Azərbaycan ilk dəfədir ki ərazi bütövlüyünü əldə edən qalib kimi beynəlxalq səviyəli yarışlara ev sahibliyi edir.

13:13 - İranda 8 nəfərin barmağı kəsilə bilər

13:11 - Hüquqşünas İlham Aslanoğlu yenidən həbs edilib

PressDent.Info

Təhsil naziri yeni rektoru təqdim etdi

Təhsil naziri yeni rektoru təqdim etdi
4-09-2015, 22:21 40945 dəfə baxılıb

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunan Mustafa Babanlını kollektivə təqdim edib. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, təhsil naziri M.Babanlının ADNSU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Təhsil naziri bildirib ki, ADNSU Azərbaycan elm və təhsilinin pioneri, eyni zamanda neft sənayesi sahəsində innovasiyaların əsas mərkəzidir..O, ADNSU-nun həyatında yeni çağırışlara uyğun fəaliyyət sferasının açıldığını və bunun üçün həm institutsional təcrübədən, həm də gənc mütəxəssislərin imkanlarından istifadənin vacibliyini qeyd edib: "Bu sahədə Təhsil Nazirliyinin yaxından köməyi ilə ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq və ali təhsil sahəsində beynəlxalq təcrübədən istifadə olunacaq. Bütün bu və ya digər işlərdə ali məktəbə yeni təyin olunmuş rəhbərliyin üzərinə ciddi öhdəliklər düşür".
 
ADNSU-nun rektoru Mustafa Babanlı ona göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. O, ali məktəbin kollektivi ilə bərabər ADNSU-nun yeni hədəflərinin gerçəkləşdirilməsi üçün bütün mövcud imkanları səfərbər edəcəklərini bildirib.
 
Qeyd edək ki, sentyabrın 3-də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
 
Ölkə Prezidentinin digər sərəncamı ilə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ