SON DƏQİQƏ

PressDent.Info

Orta məktəbdə yeni yığım başlayıb: nazirlik fakt istəyir

Orta məktəbdə yeni yığım başlayıb: nazirlik fakt istəyir
3-09-2015, 20:33 18132 dəfə baxılıb

Dərs mövsümü açılmamış orta məktəblərdə yığım başlayıb. Bu dəfə valideynlərdən yığılan pul deyil, qəbzdir. 
Tanınmış iqtisadçı Samir Əliyev öz Facebook profilində yazıb ki, Xırdalanda təhsil şöbəsi göstəriş verib ki, valideynlər dükandan məktəbli forması aldıqda qəbzi oxuduğu məktəbə təqdim etsin: "Səbəb nədir? Buna nə ehtiyac var? Olmaya, satılan hər formaya görə faiz alırlar?"
 
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Milli.Az-a açıqlamasında bildirdi ki, bu cür şikayətlərin araşdırılması üçün konkret fakt lazımdır. Qəbz tələb olunan valideyn rəsmi şəkildə Təhsil Nazirliyinə müraciət etsin. Bundan sonra araşdırma aparıla bilər. Konkret şikayət olmayanda araşdırma aparılmasına icazə verilmir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ