SON DƏQİQƏ

PressDent.Info

1000-dən artıq tələbənin oxumaq arzusu gözündə qaldı

1000-dən artıq tələbənin oxumaq arzusu gözündə qaldı
30-08-2015, 01:37 23618 dəfə baxılıb


Təhsil haqqını ödəyə bilməyən tələbələr bu addımı atmaq məcburiyyətində qalıb.

 

Ali məktəbə qəbul olunanlardan 1171 nəfəri qeydiyyatdan keçməyib
 
Ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyatdan keçmə müddəti dünən sona çatdı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olunmuş 32 min 279 abituriyentdən 31 min 108-i qeydiyyatdan keçib. TQDK-nın məlumatına görə, 1171 nəfər abituriyent qeydiyyat prosesində iştirak etməyib.
 
Xatırladaq ki, TQDK ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyatdan keçmək müddətini avqustun 24-dən 27-nə kimi uzatsa da, bu məsələ problemi bütövlükdə həll etməyib. Tələbə adını qazanan, lakin qeydiyyatdan keçməyənlərin böyük əksəriyyəti təhsil haqqını ödəyə bilmədiyinə görə bu addımı atmaq məcburiyyətində qalıb.
 
Valideynlər onsuz da ağır olan sosial-iqtisadi problemlərinin sırasına təhsilhaqqını da əlavə edəndə ağır bir yük altına düşməli olduqlarını gizlətmirlər. Elə ailə var ki, bir neçə tələbə oxutdurur və ödənişsiz, yaxud ödənişli əsaslarla oxumasından asılı olmayaraq, onların ali məktəb qayğılarını qarşılamaq valideynlərin imkanı xaricində olur. Belə olan halda, ödənişli əsaslarla oxuyanların  təhsilhaqqını necə ödəyəcəkləri sualı illərdir yorucu olmaqla bərabər, onun həlletmə mexanizmləri də deyəsən, kimsəni maraqlandırmır.
 
Ekspertlər bu məsələdə hökumətin köməyinə çataraq təhsilhaqqını vermək üçün alternativ yolların olduğunu yada salır. Bizim üçün problemə çevrilən bu məsələ dünya praktikasında olduqca asan formada həll olunur. Tələbələr kredit yoluyla təhsil alaraq dövlətə olan borcunu işlədyi müddətdə qaytarır. Həmçinin, təhsil haqqını müəyyən hissələrlə və mərhələli şəkildə, növbəti semestrlərdə ödəmək mümkündür. Yəni xarici ölkənin tələbəsi arzusunun reallaşmasını təhsilhaqqı probleminə görə gözündə qoymur. Bir sözlə, təhsilhaqqının tətbiq qaydaları daha mükəmməl variantlarda həyata keçirilir.
 

 

Azərbaycanda təhsil haqqının 2000-4500 manat aralığında olması ölkədəki orta aylıq əməkhaqqının fonunda olduqca fantastik görünür. Bu minvalla valideynin övladını ödənişli əsasla oxutdura bilməməsi tamamilə təbiidir. Çünki məsələ təkcə təhsilhaqqını ödəməklə bitmir. Bölgələrdən gələnlərin kirayə haqqı, qidalanmaq, geyinmək və digər məişət qayğılarını da qarşılaması vacibdir. Bütün bu deyilənlərin həll olunmasına yardımçı kimi təhsilhaqqını hansısa formada tənzimləmək lazımdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ