SON DƏQİQƏ

PressDent.Info

Valideyinlərin diqqətinə: Ekspert xəbərdarlıq edir

Valideyinlərin diqqətinə: Ekspert xəbərdarlıq edir
4-08-2015, 12:24 33009 dəfə baxılıb

Orta məktəbə xüsusi istedada malik olan 5 yaşlı uşaqların qəbulu məsələsi hər il ciddi müzakirələrə səbəb olur. Bəzi valideyinlər uşaqlarının 5 yaşından məktəbə qoymaq üçün əllərindən gələni edirlər. Amma 1-ci sinifə yalnız xüsusi istedada malik olan 5 yaşlı uşaqlar qəbul edilə bilər. Valideyinlər əsasən oğlan uşaqlarını 5 yaşından qoymaq istəyirlər. Bu da əsasən məktəbi qurtararkən ali məktəbə sənəd verməyi üçün daha artıq zaman əldə etmək üçün edilir. Amma ekspertlər xüsusi istedada malik olmayan uşaqların 5 yaşından orta məktəbə qəbul edilməsini məqbul hesab etmirlər.
 
Mövzu ilə bağlı sosioloq Dəyanət Rzayev Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, uşaqların 1-ci sinifə qəbulu ilə bağlı məsələ çox fərdidir: “Bəzi uşaqlar var ki, çox istedadlıdır və onun 5 yaşından məktəbə qoymaq çox normal qəbul edilə bilər. Amma uşaqların 90%-i ilə bağlı bu addımı atmaq normal sayıla bilməz. Çünki, uşaq psixoloji olaraq öz uşaqlığını tamamlamalıdır. 5 yaşlı uşaqlarla məktəbə hazırlıq kursları fəaliyyət göstərir və ya baxçaya gedirsə orada müəyyən hazırlıqlar aparılır. Bu baxımdan 5 yaşlı uşaqların məktəbə qoyulmasına ehtiyac qalmır.  Biz uzun zamandır bu cür qeyri-rasional qərarlar veririk və bu baxımdan cəmiyyətdə anormal hadisələrlə qarşılaşırıq. Yəni bu cür təcrübələr etmək heç bir formada qəbul edilə bilməz. Ola bilər 5 yaşından orta məktəbə qoydun və o uşaq çox uğurla orta məktəbi bitirdi. Amma bütün məsələ onun məktəbi uğurla bitirməsi ilə yekunlaşmır. Çünki o tamamlanmayan uşaqlıq nə vaxtsa insanın həyatında biruzə verəcək. Bunun da 20 yaşında və ya 40 yaşında olacağı heç məlum olmaz. O insanların ailə həyatında ciddi narahatçılıqlar ola bilər”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ