SON DƏQİQƏ

PressDent.Info

Kəsilən abituriyentlər peşə ixtisasları ilə maraqlanır

Kəsilən abituriyentlər peşə ixtisasları ilə maraqlanır
12-08-2015, 12:01 29542 dəfə baxılıb

“Avqustun 13–də bütün suallara aydınlıq gələcək”.

 

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib. Verilən məlumata görə, ali məkətəbə sənəd vermiş abituriyentlərin ali məktəbə qəbul olunub-olunmadığı sabah açıqlanacaq.

 

Qeyd edək ki, Hafta.az-ın əməkdaşı səhər saatlarında TQDK-nın binasında olub. Əməkdaşımızın bildirdiyinə görə, hazırda ali məktəbə sənəd verən və keçid balını toplaya bilməyən məzunlar quruma ikinci turla bağlı suallarını ünvanlamaq üçün üz tuturlar.

 

Onların bəziləri topladıqları balla orta ixtisaslı peşə məktəblərinə daxil olmaq istəyir. Həmin abituriyentlərdən olan Kamil Zeynalov Hafta.az-a açıqlamasında bildirib ki, o, builki ixtisas qrupu imtahanlardan çox zəif bal toplayıb:

 

“İşimi birinci qrupa vermişdim. Keçə bilmədim, indi gəlmişəm öyrənəm ki, ikinci turla seçdiyim peşə məktəblərinə topladığım balla düşə bilirəm, ya yox. 104 bal yığmışam”.

 

Nihal Rüstəmzadə isə Hafta.az-a açıqlamasında bildirib ki, o məzun deyil, ancaq yenə də peşə məktəbinə qəbul qaydalarını öyrənmək üçün TQDK-ya gəlib:

 

“Mən bu il on birinci sinifə keçdim. 9 illik şəhadətnamə ilə gəlmişəm. İmtahan da vermişəm. V-ci qrupa hazırlaşmışdım. 178 bal yığmışam. Baxça müəlliməsi olmaq istəyirəm. İnşallah keçərəm”.

 

Bir daha qeyd edək ki, ali məktəblərə sənəd vermiş və keçid balını toplamış abituriyentlərin hansı ali məkəblərə, ixtisaslara qəbul olunduqları avqustun 13-də bəlli olacaq. 

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ