SON DƏQİQƏ

16:43 - Azərbaycan ziyallısı, Xızı rayon təhsil şöbəsinin müdürü Abdullayev Oktay Rza oğlu...

13:37 - Azərbaycanı işıqlı gələcəyə aparan yolun banisi Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyev!..

13:31 - 24 - ildir ki, xlaqımıza xidmət göstərən Modern Hospital klinikasında Ortopediya və Travmatologiya üzrə mütəxəsis, Doktor Əfqan Cəfərov kimi savadlı ziyallılarımız çalışır...

12:14 - “1000 bərəkət, halal nemət” - Halallığa tam zəmanət - VİDEO + FOTO

10:59 - Ağcabədi Suvarma Sistemləri idarəsinin rəisi Azər Çingiz oğlu Bayramov Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bağlı təbrik etdi.

14:54 - Masallı rayon Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Mikayılov Abbas Lətif oğlunun əvəz olunmaz əməyi, xalqına və rəhbərliyə olan sədaqətindən irəli gəlir.

03:08 - Ramil Nabran: Ramil Nabran - Salam Qarabağ

04:00 - Aktyor Muxtar Manıyev. İki ayağını da kəsdilər, oğlunun toy günü vəfat etdi - ən çox filmə çəkilən aktyor..

17:03 - Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının sədri, “Bakı Tekstil Fabriki” MMC - nin direktoru Səkinə Babayeva Azərbcan xınımı adını beynəlxalq səviyədə təmsil edən vətənpərvər xanımlardan biridir.

12:04 - Şəhərimizin yeni siması Orbita MTK tikinti şirkətidir.

09:01 - Армяне или хаи? Маски сорваны

19:55 - Gənc müğənni Ramin Agakisiyev - Sevdiyim mahnısı

08:08 - Yeni Azaərbaycan Partiyasının, Qazax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Həmid Pənahov: Ümummilli Lider Heydər Əliyev və Ali Baş Kömandan İlham Əliyev Azərbaycanın əfsanəvi tarıxı qəhrəmanlarıdır.

08:39 - Vidadi Hüseynovun rəhbərliyi ilə 33 saylı Ağcabədi rayon Yol İstismar İdarəsinin uğurları göz qabağındadır.

11:48 - AZƏRBAYCANDA MƏMUR ÖZBAŞNALIĞI

PressDent.Info

Saxta məktəbli formaları tikən daha bir sex aşkarlandı

Saxta məktəbli formaları tikən daha bir sex aşkarlandı
26-08-2015, 18:19 44945 dəfə baxılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərəfindən saxta məktəbli formaları istehsal edən müəssisələrin aşkar olunması ilə bağlı araşdırmalar davam etdirilir.

Komitədən virtualaz.org-a verilən məlumata görə, aparılmış araşdırmalar zamanı fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində başqasının əmtəə nişanından qeyri-qanuni istifadə edərək xeyli miqdarda məhsul istehsal olunması müəyyən edilib. Belə ki, müəssisədə üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanı olan düymələr, etiketlər və hazır məhsullar aşkar olunub. Bütün bunlarla əlaqədar fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində məktəbli formasınin istehsalı və satışı qadağan edilib, İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək müəssisə rəhbəri cərimələnib.

Bundan əvvəl Komitənin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, M.Vəkilov küçəsi, ev 2 “B” ünvanında fəaliyyət göstərən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində aparılmış dövlət nəzarəti barədə bir neçə gün bundan qabaq məlumat verilmişdi.

Məlumatda müəssisədə “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlərin təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarıldığı, istehsalın texnoloji təlimat olmadan həyata keçirildiyi, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi qeyd olunub.

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (QOST 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır. Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır.

Hazırda respublikada 2 müəssisənin – “Bakı Tikiş Evi” ASC və “Bakı Tekstil Fabriki” MMC-nin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ