SON DƏQİQƏ

PressDent.Info

İmtahan nəticələri iyulun 22-də açıqlanacaq

İmtahan nəticələri iyulun 22-də açıqlanacaq
7-07-2019, 20:26 5046 dəfə baxılıb

İyulun 7-də Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün qəbul imtahanı keçirib. İmtahannəticələrinin iyulun 22-də elan olunması nəzərdə tutulur. Bu haqda DİM məlumat yayıb.

İmtahan respublikanın 11 şəhərində 57 binada aparılıb.

DİM bildirir ki, imtahan prosesinin idarə olunması üçün opeativ qərargah fəaliyyət göstərib.

Bəzi abituriyentlərin tələb olunan sənədləri gətirmədikləri üçün imtahana buraxılmadıqları deyilir. Bundan əlavə, imtahana mobil telefon və digər köməkçi vasitələr gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlərin imtahandan xaric olunduğu qeyd olunur.

İyulun 7-də DİM-in “Facebook” səhifəsi və “YouTube” kanalı vasitəsilə canlı yayımda imtahan suallarının düzgün cavabları və test tapşırıqları ilə bağlı izahat veriləcək.

--

İyulun 7-də Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

DİM-in məlumatına görə, imtahanda 28 699 abituriyentin iştirak etməldir. Onlardan 11 134 abituriyent II qrup, 17 565 abituriyent III qrup üzrə imtahan verəcək.

Ən yaşlı abituriyentin 1963-cü il, ən gəncin isə 2004-cü il təvəllüdlü olduğu qeyd olunub.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində 57 binada aparılır. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunub.

Bəzi imtahan binalarına giriş zamanı abituriyentlərinşəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacağı deyilir. DİM bildirir ki, məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahan 3 saat davam edəcək. II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ