SON DƏQİQƏ

PressDent.Info

Hilal Məmmədovla bağlı AHİM-dən hökumətə suallar

Hilal Məmmədovla bağlı AHİM-dən hökumətə suallar
2-10-2018, 18:39 4959 dəfə baxılıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun şikayətini araşdırmağa başlayıb. Məhkəmə Azərbaycan hökumətinə işlə bağlı suallar göndərib. Bu barədə həmin iş, eləcə də kommunikasıyasına başlanılmış daha 5 şikayətlə bağlı AİHM-in məlumatında bildirilir.

H.Məmmədov 2013-cü ildə 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavəti qızışdırmaqda ittiham olunub. 2017-ci il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan jurnalist barəsində çıxarılmış bütün qərarların qanunsuz olduğunu, jurnalist fəaliyyətinə, ictimai fəallığına görə həbs olunduğunu iddia edir.

AİHM-in araşdırmağa başladığı digər şikayəti Xüsusi Təyinatlı Polis Dəstəsi – OMON-un Qazax bölməsinin həbsdə olan keçmiş komandiri Elçin Əmiraslanovun bacısı Şəhla Abbasəliyeva göndərib. Bəzi yerli media onu qardaşına görə “dövlətin düşməni” adlandırıb. Ş.Abbasəliyeva həmçinin qardaşına görə iş yerindən də məhrum olub.

Yerli məhkəmələr onun şikayətlərini rədd etdiklərindən AİHM-ə şikayət edib. Ş.Abbasəliyeva iddia edir ki, onun Avropa Konvensiyasının 8-ci (şəxsi həyatın toxunulmazlığı) 14-cü (ayrı-seçkiliyin yolverilməzliyi) maddəsi ilə qorunan hüquqları pozulub.

AİHM həmçinin Azərbaycandan göndərilən daha 4 şikayətlə bağlı da hökumətə suallar göndərib.

Həmin şikayətlər özəl universitetin təhsil haqqında diplomunun təsdiq edilməməsi, mənzildə axtarış aparılması, yaşayış icazəsinin verilməməsi ilə bağlıdır.

Daha bir işdə isə məhkuma aid kitabların və onun həbsxanadan mediaya göndərdiyi məktubların saxlanılmasından şikayət edilib

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ