SON DƏQİQƏ

PressDent.Info

Avropa İttifaqı bütün siyasi məhbusların azad olunmasını istəyir

Avropa İttifaqı bütün siyasi məhbusların azad olunmasını istəyir
15-08-2018, 13:32 6612 dəfə baxılıb

Avropa İttifaqı İlqar Məmmədovun 5 illik həbsdən sonra azadlığa buraxılması ilə bağlı bəyanat verib.
Bəyanatda bildirilir ki, Aİ İlqar Məmmədovun işini diqqətlə izləyir.
Qurum Avropa İnsan Haqları Məhkəməsinin bütün qərarlarının tam icra ediləcəyini gözləyir.
Avropa İttifaqı Azərbaycanda siyasi səbəblərdən həbsdə olan yaxud ölkədən çıxışına qadağa qoyulan bütün şəxslərin heç bir şərt olmadan, Azərbaycanın Avropa Şurası, BMT üzvü kimi üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq azad ediləcəyini gözləyir.
Bəyanatda deyilir ki, Aİ demokratiya və insan haqları məsələləri ilə bağlı Azərbaycanla dialoqu davam etdirəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ