SON DƏQİQƏ

PressDent.Info

Keçmiş nazir Nazim İbrahimovun qardaşı həbs edilib

Keçmiş nazir Nazim İbrahimovun qardaşı həbs edilib
4-08-2018, 15:01 4698 dəfə baxılıb

Bakıda məhkəmə Diaspora ilə İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovu həbs edib. Yerli KİV-lərin məlumatına görə, o, böyük ölçüdə fırıldaqçılıqda (CM-in 178.3.2-ci maddəsi) və vəzifə səlahiyyətlərindən sui-istifadədə (308-ci maddə) təqsirli bilinib. İbrahimov Kürdəxanı qəsəbəsində 1 saylı Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Əvvəllər KİV dəfələrlə vətəndaşların İbrahimovun tikinti şirkətinin onları aldatması haqqında şikayətlərini dərc edib. Belə ki, onlarla insan mənzil üçün pul ödədiyinin, amma mənzil almadığının dəlilini təqdim edib. Onların pulu da qaytarılmayıb.

Sahib İbrahimov vaxtilə özəl ATV telekanalının həmsahibi idi, amma onu satmaq məcburiyyətində qalıb.

Son illər Dövlət Komitəsinin keçmiş sədrinin digər qardaşı – İbrahim İbrahimovun hüquq-mühafizə orqanları ilə problemləri olub. Qalmaqallı və mənasız “Xəzər adaları” layihəsinin müəllifi “Azərbaycan Beynəlxalq Bankı”ndan böyük kredit alıb və yüz milyonlarla dolları batırıb. Amma heç bir məsuliyyət daşımayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ