SON DƏQİQƏ

PressDent.Info

Hakimiyyət Azərbaycanı intihara sürükləyir

Hakimiyyət Azərbaycanı intihara sürükləyir
1-08-2018, 19:29 6960 dəfə baxılıb

Hikmət Nikbin

Bu hakimiyyət Azərbaycanı Dövlət, Xalq olaraq intihara sürükləyir.
Azərbaycanın sabahı barədə təsəvvürü olmayan, instintikti ilə sabahı açan, səhər çörəyini yeyib günorta yeməyi barədə düşünən, acıması üçün axşamın düşməsinə tələsən gərəksiz bir idarəçiliyin “əsarəti” altında mənasız bir ömür yaşamaqdayıq.
Ölkədə başlı başın saxlasındı.
Mağarlaşır Azərbaycan !
Mağaralaşır Azərbaycan ! Necə ?
1.Ölkənin Ərazi bütövlüyü yox. Ərazi bütövlüyümüzə qəsd Müstəqilliyimizə, Suverenliyimizə qəsddir.
2.Konstitusiyasızlıq. Deməli, demokratik quruluşa təminat yox.
3. Cəmiyyətin çörək verməyənlərə ( çörək kəsənlərə) və çörək umanlara bölünməsi.( mən ağa, sən ağa, inəyimizi kim sağa. Feodal düşüncəsi.) Vətəndaş cəmiyyətinin darmadağın edilməsi.
4. Hüquqi, Dünyəvi dövlət quruculuğunun əksi istiqamətində fəaliyyət.
5. İqtisadi və sosial sahədə ədalətsizlik. Kiçik hissənin sürətlə varlanması, böyük bir hissənin sürətlə kasıblaşması, daha acınacaqlı duruma düşməsi.
6. Ölkədə kosmopolitliyin ümumbəşəri dəyərlər kimi təbliğ edilməsi.( Mağaraçılıq mühiti)
Nə qədər acınacaqlı bir vəziyyət.
Bu hakimiyyətin düşüncə boyu mədə-bağırsağından başlayır mədə-bağırsağında da bitir. Bunlar yemək üçün yaşayanlardır. Bu idarəçilik adını villaya, bahalı maşınlara, daş-qaş kimi zibilliklərə qurban verib.
Azərbaycan xalqının yeraltı və yerüstü sərvəti ehsan deyil ki, gündə bir tədbir keçirib ona-buna səpələyirlər. Hələ özləri üçün də gizləyirlər.
Torpaqlarımız bu gün də işğal altındadır.
30 ildir təcavüzkar Rusiyanın və Ermənistanın bizə təklif etdiyi OYUN nəticəsində torpaqlarımız qəsb edildi. Kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Bəli, bu təcavüzkar Rusiya üçün, təcavüzkar Ermənistan üçün keyf açan bir OYUN olsa da Azərbaycanımız üçün QIRĞINdır, MÜHARİBƏdir. Beynəlxalq tədbirlərdə Azərbaycan ikinci təcavüzkarın- rusiyanın da adını çəkməlidir. Rusiya bu münaqişəylə bağlı keçirilən görüşlərdə barışdırıcı tərəf kimi yox, təcavüzkar tərəf kimi danışıqlar Masasına oturdulmalıdır. O, heç bir haqla Minsk qrupunun həmsədrlərindən biri ola bilməzdi. Çox təəssüf ki, bu cəsarətsiz hakimiyyət Rusiyanın maskasını üzündən qoparda bilmədi. Rusiyanı bu itaətkar hakimiyyət qane edir. Tam əminliklə deyirəm, bu gün də Müstəqilliyimiz ağ ayıya acılar, ağrılar verir. Ağ ayıdan qurtulmalıyıq. Ölkəmizə qarşı amansızlıq edən Rusiyanı yox, Müstəqilliyimizdən, Böyüməyimzdən qıcıqlanmayan, inkişafımızı özlərinin faciəsi bilməyən ölkələri tərəfimizdə görməliyik.
Rusiya 21-ci əsrin uçqunu altında qalan, bütövlüyü uğrunda çabalayan, canıyla çəkişən ölkələrdən biridir. Rusiyanın bu əsrdə daha neçə dəfə özünə bölünməsinin şahidi olacağıq.
Azərbaycan xalqı TALEyinin arxasınca getməlidir. Yəni, YOLun(məqsədin, məramın) varsa TALEyin də var. YOLsuzluq TALEsizlikdir. YOLsuzluq mənasızlaşddırır, dəyərsizləşdirir Azərbaycanı. Gərəksiz, düşüncəcə heç vaxt böyüməyəcək hakimiyyət isə başına yorğan çəkməsini, siyasətdə kallığını balanslı siyasət kimi Azərbaycan cəmiyyətinə sırıyır.
Bu idarəçilik 25 ildir yerində iməkləyir, hələ də çənəsi söz tutmur.
Nəinki əsrin, qərinənin, ilin, hətta bir gününün, bir saatının belə siyasi proqnozunu verməyə qadir deyil.
Bu hakimiyyət siyasi sifarişlər vermir ki, sifarişlər alır. Elə uğursuzluqlarımız da buradan qaynaqlanır.
Azərbaycan xalqı bu idarəçiliklə barışmamaqda haqlıdır.
Bu idarəçiliyi dəyişmək istəyində, israrlı olmasında haqlıdır.
Azərbaycan xalqını heç bir güc, heç bir qüvvə bu istəyindən, bu israrından daşındıra bilməyəcək.
2018-ci il hüquqi baxımdan bu idarəçiliyin son ili olacaq.
3

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ