SON DƏQİQƏ

PressDent.Info

Sən özün utanmalısan, İlham Əliyev

Sən özün utanmalısan, İlham Əliyev
27-07-2018, 18:20 5046 dəfə baxılıb

Rafiq Manaflı

Dünən Qusardan qayıdırdım. Cəmi 5-6 il bundan qabaq istifadəyə verilmiş yolun vəziyyəti ürək ağrıdırdı. 5 il camaatı dağa-daşa, toza-dumana salıb it əzabı verə-verə çəkmişdilər o yolu. Milyadlarla manat pul tökmüşdülər o yola. İndi sökürlər. Sadəcə asfalt ya beton örtüyü qaşımırlar, təməlinə qədər söküb yenidən, sıfırdan yol çəkirlər.
Mingəçevirdə rənglənməsinə 10 ildə 16 milyard dollar pul qoyulan blokların dağılması ölkənin energetik katastrofası idisə, bu yol da infrastruktur katastrofasıdır.
Və heç bir günahkarı da çağırıb ona Azərbaycan məmurları üçün nəzərdə tutulmuş ən ağır cəzanı – “Utanmalısan” cəzasını vermirlər.
Sən özün utanmalısan, İlham Əliyev. Mingəçevir qəzası, Şimal avtomagistralının dağılması, pambıq tarlalarında zəhərlənənlər sənin və üzdəniraq komandanın iqtisadi katastrofasıdır.
Quba, İsmayıllı, Gəncə hadisələrinə baxıb utanmalısan. Onlar sənin təşkilati katastrofandır.
“Postelini düz yığmamısan” deyə insanlara cəza verən məhkəmələrə baxıb utanmalısan, onlar sənin hüquqi katastrofandır.
Taleh Bağırzadəyə, Fuad Qəhrəmanlıya, Seymur Həzi, Fuad Əhmədli, Mehman Hüseynov və digər siyasi məhbuslara baxıb utanmalısan. Gözəl Bayramlıya baxıb yerə girməlisən. Onlar da sənin katastrofandır.
Siyasi katastrofan.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ