SON DƏQİQƏ

PressDent.Info

Avropa Məhkəməsi 11 şikayəti araşdırmağa başlayıb

Avropa Məhkəməsi 11 şikayəti araşdırmağa başlayıb
24-07-2018, 18:01 7743 dəfə baxılıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanda göndərilmiş 11 şikayətin araşdırmasına başlayıb. Araşdırılan şikayətlər 2015-2017-ci illərdə göndərilib. Onlar Qeyri Hökumət Təşkilatlarının (QHT) təmsilçilərinin, hüquqşünaslraın bank hesablarına həbs qoyulması, eləcə də 2015-ci ilin noyabrında baş vermiş Nardaran hadisələrinə görə həbs edilənlərin şikayətləri ilə bağlıdır. Bu barədə AİHM-i məlumat yayıb.

Araşdırılan şikayətlərin 4-ü Azərbaycan prokurorluğunun bir sıra QHT-lərə qaeşı açdığı cinayət işi çərçivəsində QHT təmsilçilərinin, hüquqşunasların bank hesablarının dondurulması ilə bağlıdır. Şikayətçilər Sərdar Qasımov, Səadət Mehdiyeva, Ülviyyə Axundova və “Adil İsmayılov və portnyorları” hüquq firmasıdır.

AİHM-in məlumatında bildirilir ki, adları çəkilənlərin bank hesabları QHT-lərə açılan cinayət işi ilə bağlı dondurulub. Bunu əsassız və qanunsuz sayan şikayətçilər əvvəlcə yerli məhkəmələrə, daha sonra AİHM-ə şikayət edib.

Şikayətçilər AİHM-ə şikayətlərində Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci (mülkiyyət hüququ) və 10-cu (ifadə azadlığı hüququ) maddələrinin pozulduğunu iddia edir.

AİHM-in araşdırmağa başladığı 6 şikayət Nardaran hadisələrinə görə həbs edilənlərlə bağlıdır. Belə ki, məhkəmə hadisələrdən sonra inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş Əhsən Nuruzadə, Elimdar İsmayılov, Sevda Süleymanova, Xanlar Dadaşov, Rəhim Vəliyev və Yusif Qarayevin şikayətlərini araşdırlmağa başlayıb.

Şikayətçilər Avropa Məhkəməsində Konvensiyanın 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) və 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) maddələri ilə təminat altına alınan hüquqlarının pozuntusunu mübahisələndirir.

AİHM-in araşdırdığı sonuncu iş Türkiyə vətəndaşı olan Taci Şəntürkün şikayətidir. Belə ki, müvəqqəti yaşama icazəsi olan T.Şəntürk bir neçə il əvvəl Azərbaycana köçüb. O, Fəthullah Gülən hərəkatına aid olan məktəblərdə çalışıb.

2017-ci ilin iyununda Türkiyənin tələbi ilə Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqıa Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verilib. Onun təhvil verilməsi prosesi müdafiəçilərinin əlaqəli qurumlara, eləcə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Ofisinə müraciət etmələri fonunda baş verib. T.Şəntürkün siyasi sığınacaq istəməsi, Türkiyədə işgəncə və pis rəftara məruz qalma riskləri onun təhvil verilməsi zamanı nəzərə alınmayıb.

Bu işdə iddia olunur ki, T.Şəntürkə münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncənin yolverilməzliyi), 5-ci (Azadlıq hüququ), 13-cü (Səmərəli müdafiə hüququ) və Konvensiyanın 7 saylı Protokolunun 1-ci (əcnəbilərin təminatları) maddələrinin pozuntusuna yol verildiyi iddia olunur.

AİHM şikayətlərlə bağlı Azərbaycan hökumətinə aydınlaşdırıcı suallar göndərib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ