SON DƏQİQƏ

PressDent.Info

Siyasi məhbusa hər gün işgəncə verilir

Siyasi məhbusa hər gün işgəncə verilir
20-07-2018, 15:19 2610 dəfə baxılıb

Qiyas İbrahimovu hər gün günəşin altında saxlayırlar
Bu məlumatı siyasi məhbusun anasıŞura Əmiraslanova yayıb:

Bildirir ki, son günlər havaların isti keçməsi ilə vəziyyət daha da pisləşib.

“Qiyasın həbsdə tez-tez hərarəti qalxır. Səbəb isə az qala hər gün başına gün vurmasıdır. Gündəlik yoxlama zamanı onu günün altında saxlayırlar. Yoxlama zamanı məhbusları 8 sıraya düzürlər. Sıraların 6-nın üstü qapalıdır, 2-si açıq. Qiyası həmişə məhz həmin açıq sıraya salırlar. Onun da başına gün döyür, halı pisləşir. Hər gün az qala 45 dərəcə istinin altında 200-ə yaxın məhbusu iki dəfə sayırlar. Əlaqədar orqanlara üzümü tutub deyirəm və tələb edirəm, o məhbuslar cinayətkar belə olsalar, bu xalqın övladlarıdır. Onları ora islah olunmaq üçün salmısınız, yoxsa Zahid Orucun təbirincə desək, mənən öldürmək üçün? Əgər elədirsə, biz buna razı olmayıb, hər cür mübarizəyə hazır olacağıq”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ