SON DƏQİQƏ

PressDent.Info

Avropa Birliyi və Azərbaycan münasibətləri : Biznes insan hüquqlarından öndədir

Avropa Birliyi və Azərbaycan münasibətləri : Biznes insan hüquqlarından öndədir
19-07-2018, 17:34 2871 dəfə baxılıb

Fransanın məşhur  “Liberation” qazetində İlham Əliyevin Parisə səfəri ərəfəsində Azərbaycanda     repressiyaların tüğyan etməsi barəsində məqalə dərc olunub.

Kerolayn Vinenin məqaləsinin tərcüməsini təqdim edirik.

AB Azərbaycan münasibətlərində gözə çarpan başlıca məsələ Birliyin İ.Əliyevin cinayətlərinə göz yummasıdır.

  Azərbaycan AB münasibətləri çox mürəkkəbdir. Azərbaycan hakimiyyəti ölkədə sərt repressiya aparır, insan hüquq və azadlıqları kobudcasına tapdalanır.  Hazırda AB Azərbaycanla qazın Avropaya daşınması ilə  bağlı ciddi iş aparır. Lahiyənin reallaşması Avropanın Rusiyadan qaz asılılığının müəyyən qədər azaldılmasını təmin edəcək. Azərbaycan hakimiyyəti bu lahiyədən ölkədə apardığı represiyya siyasətinə Avropanın az diqqət göstərməsinə təmin etmək üçün istifadə edir. Bu yaxınlarda Avropa Parlamenti AB ilə Azərbaycan arasında bağlanmalı olan saziş ilə əlaqədar şərtlər irəlin sürüb. Avropa Parlamenti bu sənədlə Azərbaycan hakimiyyətindən korrupsiyaya, qanunsuz həbslərə, işgəncələrə son qoymağı tələb edir. İlham Əliyev hökumətinin apardığı represiyya siyasəti bu tələblərin yerinə yetiriləcəyinə çox böyük şübhələr yaradır. Misal üçün qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarının olmasına baxmayaraq İlqar Məmmədov hələ də həbsdədir.

Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus deyir : ” AB Azərbaycanda insan hüquqlarının qorunması məsələsində çox zəifdir. Azərbaycan hakimiyyəti birliyin tələblərini yerinə yetirməkdən boyun qaçırır . Buna görə də siyasi məhbuslar həbsdə saxlanılır.”

Bizimlə söhbətində Leyla Yunus AŞ İnsan Hüquqları Komissarına bu yaxınlarda üzə çıxmış işgəncə faktları haqqında yazdığı məktubdan danışır. Leyla Yunus məktubunda bildirib ki, bu yaxınlarda ölkənin böyük şəhərlərindən biri olan Gəncənin rəhbərinə güllə atılmış şəxsin üzündə dəhşətli işgəncə izləri görünən şəkli yayılmışdır.  Şəhər sakinləri ilə çox pis rəftarına görə tanınmış icra başcısı silahlı vətəndaşın hücumuna məruz qaldı. Bu fikri ” Azərbaycanda peyk vasitəsi ilə verilişlərini yayan Turan tvnin əməkdaşı Türkel Azərtürk deyir. O, daha sonra qeyd edir ki, ilk dəfə idi ki,  ictimaiyyətin əlinə həbsdə olan şəxsə dəhşətli işgəncələrin verilməsini əks etdirən şəkil düşürdü. Leyla Yunusun fikrincə Avropa belə faktlarla bağlı sərt mövqe bildirmir. Qəzetin əməkdaşı qeyd edir ki, AP Azərbaycan üzrə məruzəçisi Lorisa Nikolayidən bu fakta münasibət bildirməsini istəməsinə baxmayaraq bu məsələyə münasibət bildirmək istəmədiyini dedi.  Təəccüblüdür ki , məruzəçi Azərbaycan hakimiyyətinin nəzarətində olan APA agentliyinin xəbərinə istinad etdi. Bəlli oldu ki, agentlik Azəbaycan İşgəncələr üzrə Komitəsinin bəyanatını dərc edib. Bəyanatda Yunis Səfərova işgəncə verilməməsi iddia olunur. Leyla Yunus öz növbəsində bildirdi ki, bu komitə hökumətə xidmət edən təşkilatdır. Əsəblərini cilovlaya bilməyən Leyla Yunus AP nümayəndəsinin bu təbliğata uymasından hədsiz narahatçılıq keçirdiyini bildirdi.

  Son illərdə Azərbaycanda repressiyaların güclənməsinə baxmayaraq Avropa Azərbaycanla kommersiya işlərini davam etdirir.  BP -nin xüsusi rol oynadığı bu işlərə Avropa İnvestisya Bankı 1.5 milyard evro pul ayırıb. 2018-ci ilin aprelində AŞPA Azərbaycan hakimiyyıtinin bu təşkilatdakı korrupsiyası ilə bağlı sənəd qəbul edib. Bütün bunlara baxmayaraq Avropa Azərbaycanla qaz lahiyəsinin sürətlə reallaşdırılması ilə məşğuldur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ