SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda siyasi məhbuslarla bağlı Makrona müraciət

Azərbaycanda siyasi məhbuslarla bağlı Makrona müraciət
18-07-2018, 15:49 8613 dəfə baxılıb

Hüquq müdafiəçiləri Fransa prezidentindən İlham Əliyevlə görüşdə bu məsələni qaldırmağı istəyir

Azərbaycanlı və beynəlxalq hüquq müdafiəçiləri Fransa prezidenti Emmanuel Makrona iyulun 20-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Azərbaycanda insan hüquqları ilə bağlı problemlərə diqqət yetirmək çağırışı ilə müraciət edib.

Müəlliflər 100-dən çox müxalifət tərəfdarının, jurnalist, bloger və dini fəalların həbsdə saxlandığı Azərbaycanda insan hüquqları sahəsində cansıxıcı vəziyyətlə bağlı narahatlıqlarını bildirirlər.

Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınmış müxalifət lideri İlqar Məmmədov, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) onun həbsinin qanunsuz olduğunu etiraf edən 2014-cü il may tarixli qərarına baxmayaraq hələ də dəmir barmaqlıqlar arxasındadır.

2017-ci ilin noyabrında AİHM təkrarən İlqar Məmmədovun ədalətli məhkəmə təhqiqatı hüquqlarının pozulduğu barədə qərar verib.

Müraciət müəllifləri Makrondan İlham Əliyevi İlqar Məmmədovu və dinc yolla ifadə, din və əqidə azadlığı hüquqlarını tələb etdiklərinə görə həbs edilən bütün şəxsləri qeyd-şərtsiz azad etməyə çağırmağı xahiş ediblər.

Azərbaycan hökuməti AİHM-yə məhəl qoymayıb, baxmayaraq ki, Avropa Şurasının Nazirlər Komitəsi Məmmədovu azad etməyə çağıran ondan çox qətnamə qəbul edib.

2017-ci il oktyabrın 25-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı AİHM qərarlarının icra edilməməsi haqqında Avropa Konvensiyasının 46-cı maddəsi ilə araşdırma başlanması haqqında misli görünməmiş qərar qəbul edib.

Proses Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə və ölkənin AŞPA-da səs hüququndan məhrum edilməsinə gətirib çıxara bilər.

“Hesab edirik ki, sizin müdaxiləniz İlqar Məmmədovun və Azərbaycandakı digər siyasi məhbusların azad edilməsi işinə təsir edə bilər”, sənəddə bildirilir.

Müraciəti İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov və İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq üzrə qurumun Fransa üzrə direktoru Bricit Dyufur imzalayıb.

Müraciətin bir nüsxəsi Fransanın Azərbaycandakı səfirliyinə göndərilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ