SON DƏQİQƏ

PressDent.Info

Göyçayda körpünün uçmasına görə 7 nəfər həbs olunub

Göyçayda körpünün uçmasına görə 7 nəfər həbs olunub
25-06-2018, 19:05 7482 dəfə baxılıb

İyunun 2-də güclü sel nəticəsində Bakı-Şamaxı-Yevlax yolunda Göyçay çayının üstündəki körpünün uçmasına görə 7 nəfər həbs olunub. Bu barədə Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumat yayıb.

Həbs olunanlar əsasən qum-çınqıl istehsalı ilə məşğul olan şirkətlərin, karxanaların rəhbərləri, əməkdaşlarıdır – “ATF” MMC-nin təsisçisi Fəxrəddin Muradov, “Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, “Titanik-5” MMC-nin təsisçisi Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev.

Həbs olunanlardan əlavə, daha iki nəfər də məsuliyyətə cəlb olunub. Bunlar “Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyev və “Gülövşə” MMC-nin təsisçisi Mahir Allahverdiyevdir. İstintaq dövrü üçün onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən 9 nəfərə qarşı CM-nin 192 (qanunsuz sahibkarlıq), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisədən sonra araşdırma aparan dövlət orqanları belə nəticəyə gəlib ki, körpü qum-çınqıl yataqlarındakı qanunsuz istismar işlərindən uçub. Körpünün uçması nəticəsində dövlətə 3 milyon manatdan artıq ziyan dəydiyi bildirilir.

“Prezident İlham Əliyevin tapşırığı əsasında 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Müəyyən edilib ki, son dövrlərdə bəzi dövlət orqanları və sahibkarlıq subyektləri yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində standartları, normativləri, lisenziyalaşdırma şərtlərini kobud şəkildə pozublar. Nəticədə ətraf mühitə, su təchizatı şəbəkələrinə, sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranıb, çay məcraları kəskin eroziyaya məruz qalıb.

Araşdırmalar məlum olub ki, karxanalardan 14-ü lisenziya və başqa lazımi sənədlər olmadan qum-çınqıl istehsalıyla məşğul olub. Yataqların istismarının dayandırılması barədə Nazirlər Kabinetinin qərarı olsa da, 41 karxana işini davam etdirib, nəticədə dövlətə 16 milyon manatdan çox ziyan dəyib”, – dövlət orqanlarının birgə məlumatında yazılıb.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ