SON DƏQİQƏ

PressDent.Info

Milli Şura hakimiyyətdən mühacir fəallara basqını dayandrımağı tələb edir

Milli Şura hakimiyyətdən mühacir fəallara basqını dayandrımağı tələb edir
13-06-2018, 19:12 8439 dəfə baxılıb

Milli Şura Azərbaycan hakimiyyətinin mühacirətdə yaşayan ictimai-siyasi fəallara qarşı basqı siyasətini pisləyən bəyanat qəbul edib. Bəyanatda deyilir:

Azərbaycan hakimiyyətinin yürütüdüyü anti- konstitusion, anti- milli siyasətinə etiraz edən insanlarımızın bir hissəsi də xaricdə yaşayan siyasi mühacirlərdir. Onlar vaxtaşırı olaraq yaşadıqları ölkədə Əliyev rejiminə qarş etiraz aksiyaları, kapmaniyalar təşkil edir, sosial şəbəkələrdə öz tənqidi fikirlərini bildirir, qarşıqlıqlı müzakirələr aparırlar. Tənqidə dözümsüz olan hakimiyyət siyasi mühacirləri susdurmaq üçün onların fəaliyyətindən dolayı özlərinə, Azərbaycanda yaşayan ailə üzvlərinə, qohumlarına müxtəlif səpkilərdə təzyiqlər edir. Mühacirlərin ailə üzvlərini işdən çıxarır, polisə çağırıb təhdid edir, şərləyib həbsə atır, işgəncə verir və s. Mühacir fəallardan Orduxan Teymurxanın, Məhəmməd Mirzəlinin, Tural Sadıqlının, Elmir Şirəliyevin və digərlərinin ailə üzvlərinə qarşı hakimiyyət tərəfindən son zamanlar həyata keçirilən hərəkətlər – onların polisə aparılıb, işgəncəyə məruz qalması və həbs olunması bütün parametrləri ilə qanunsuzluğun və qisasçılığın pik nöqtəsi hesab oluna bilər.

Azərbaycan hakimiyyətinin xalqa zidd siyasətini, talançılıq, korrupsiya əməllərini ifşa edən mühacirlərdən biri, Almaniyada yaşayan “Azad söz” səhifəsinin admini Tural Sadıqlıdır. O, həm Avropada hakimiyyət əleyhinə keçirilən aksiyaların təşkil olunmasında yaxından iştirak edir, həm də redaktoru olduğu, geniş izləyici auditoriyasına malik “Azad söz” səhifəsi vasitəsi ilə rejimin anti- xalq siyasətinin ifşasında yaxından iştirak edir. İfşa olunmasından xoflanan, tənqidə dözümü olmayan hakimiyyət Tural Sadıqlını susdrumaq üçün bir müddət öncə onun atası Əlövsət Sadıqlını və əmisi Zahid Sadıqovu polisə aparıb təhdid etmiş, qardaşı Elgiz Sadıqovu isə 1 aylıq inzibati həbs edərək ona işgəncə vermişdi. Etdiyi qanunsuz əməlləri ilə kifayətlənməyin hakimiyyətin Tural Sadıqlıya qarşı qanunsuz əməlləri, qisasçılıq hərəkətləri davam edir. Son 2 ayda tanınmış bloggerin həyatına bir neçə gün öncə 2- ci dəfə sui- qəsd cəhdi olmuşdur. Almaniya polisi tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılsa da heç şübhəsiz olayın arxasında hakimiyyət emisarlarının və ya hakimiyyətə bağlı kriminal qrupların dayandığı şübhəsizdir. Hələ sosial şəbəkələrdə bir müddət öncə yayılan məlumatlara görə kəskin tənqidçi mövqeyi ilə seçilən mühacir fəallar Qənimət Zahidin, Orduxan Teymurxanın, Tural Sadıqlının və digərlərinin fiziki məhvi üçün Azərbaycan hakimiyyəti xaricə xüsusi killer göndərib.

Milli Şura tənqidçi mühacirlərin susdurulması üçün hakimiyyətin müxtəlif zorakı metodlardan, kriminal qruplardan istifadə etməsi cəhdini qətiyyətlə pisləyir və bəyan edir ki, mühacirlərə qarşı hər hansı xoşa gəlməz hərəkət baş verəcəksə bütün məsuliyyəti hakimiyyət daşıyacaq. Çünki Avropa ölkələrində yaşayan mühacirləri susdurmaq üçün onlara və onların ailə üzvlərinə hər cür təzyiqlər göstərən, qanuna zidd hərəkətlər həyata keçirən Azərbaycan hakimiyyətidir.

Milli Şura mühacir soydaşlarımıza və onların ailə üzvlərinə qarşı hakimiyyətin həyata keçirdiyi repressiya siyasətini və fiziki məhv etmə cəhdlərini dayandırılmasını tələb edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ