SON DƏQİQƏ

PressDent.Info

Demokratiya uğrunda mübarizә indi hәm dә Qarabağ uğrunda mübarizәdir

Demokratiya uğrunda mübarizә indi hәm dә Qarabağ uğrunda mübarizәdir
8-05-2018, 20:29 6786 dəfə baxılıb

AXCP sәdri Әli Kәrimli Ermәnistanda etiraz hәrәkatının lideri Nikol Paşinyanın baş nazir seçilmәsilә yekunlaşan inqilabi prosesin Azәrbaycanı ciddi sınaq qarşısında qoymasından yazıb. Yazını tәqdim edirik:

“Şuşanın işğalı günündə Ermənistan daha bir uğur qazandı. Xalqın namizədi Paşinyanın baş nazir seçilməsilə dinc inqlab başa çatdı. Bilmək lazımdır ki, işğalçı ölkənin qazandığı demokratik imic bizə qarşı hər hansı “İsgəndər” raketlərindən də daha güclü silahdır. Dünya eyni vaxtda Azərbaycandan korrupsiya, repressiya, seçki saxtakarlığı xəbərləri, Ermənistandan isə demokratiyaya dinc keçid xəbərləri alır. Etiraf etmək lazımdır ki, işğalçı dövlət bir addım öndədir artıq. Ya ən qısa zamanda bu geriliyi aradan qaldırıb, dünyaya yenidən bir Azərbaycan fenomeni yaşatmalıyıq, ya da bu məğlubiyyətin hesabı bütövlükdə xalqımız üçün çox ağır ola bilər. Ölkədə demokratik dəyişikliklər uğrunda mübarizə artıq həm də Qarabağ uğrunda mübarizədir, işğalçılara uduzmamaq uğrunda mübarizədir. Bu yarışda məğlub olmağa heç haqqımız yoxdur!”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ