SON DƏQİQƏ

PressDent.Info

Xaricdəki fəaliyyətə görə Azərbaycanda həbslər davam edir

Xaricdəki fəaliyyətə görə Azərbaycanda həbslər davam edir
27-04-2018, 20:16 11571 dəfə baxılıb

Avropada mühacir həyatı yaşayan Rəşad Qurbanovun yaxınlarına təzyiqlər səngimir.
Bu haqda azadliq.info-ya Rəşad Qurbanov özü məlumat verib. Qardaşı Fuad Qurbanovun Mingəevir Şəhər Polis Şöbəsinə aparılaraq işgəncəyə məruz qadığını iddia edib. “Çox pis şəkildə döyüblər, deyiblər ki, kamera qarşısında qardaşına söy, youtubda yayacıyıq, bildiyimə görə o, budan imtina edib. Mingəçevir Şəhər Polisi Şöbəsinin rəisi Cavid Muradov bütün ailə üzvlərimin hamısını həbs etməklə hədələyib. Son bildiyim isə odur ki, qardaşıma 30 sutka həbs çəzası verib, Gəncə şəhərinə “etap” göndəriblər. Göstərişin isə bir başa Daxili İşlər naziri Ramil Usubov tərəfindən verildiyini deyiblər”,- deyə Rəşad Qubanov bildirib.

Xatırladaq ki, martın 8-də Rəşad Qurbanovun xalası oğlu, həm də qaynı Quliyev İlkin adlı Şəki şəhər sakini “polisin qanuni tələbinə tabe olmamaqda” günahlandırılaraq 30 gün müddətinə inzibati həbslə cəzalanmışdı. Qurbanov Rəşadın bildirdiyinə görə bütün təzyiqlər bu ilin, fevral ayının 2-də Parisdə Azərbaycan səfirliyi qarşısnda keçirilən aksiyadan sonra başanıb. Həmn etiraz aksiyasında fəallıq edənlərdən biri də Rəşad olub.
Həmçinin, Rəşad Qurbanov sosial şəbəkədə də aktivliyi ilə seçilir. O, heç zaman öz doğru mövqeyindən geri çəkilməyəcəyini də bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ