SON DƏQİQƏ

PressDent.Info

Əliyevin Rəsulzadə qısqanclığı

Əliyevin Rəsulzadə qısqanclığı
26-04-2018, 19:52 10962 dəfə baxılıb

Cümhuriyyətə ögey münasibəti Ankarada da gizlədə bilmədilər

Ölkə başçısı İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni ziyarət edib, məzarı önünə əklil qoyub. İlham Əliyev həmçinin Ankaradakı Heydər Əliyev Parkında olub atasının abidəsini ziyarət edib.
Təəssüf doğuran isə budur ki, Əliyev Rəsulzadənin məzarını ziyarət etməyib. Hansıki, İlham Əliyev 2018-ci ilə ” “Cümhuriyyət ili” adı verib və 100 illik münasibətilə silsilə tədbirlərin keçirilməsi üçün sərəncam imzalayıb. Yəni, Rəsulzadənin məzarını ziyarət etmək İlham Əliyevin borcu idi. Əlbəttə, məlum sərəncamda bir dəfə də Rəsulzadənin adı çəkilmir və dolayısıyla Heydər Əliyevin fəaliyyəti önə çəkilir. Amma ən azı görüntü xatirinə, dövlət maraqları naminə, Cümhuriyyətin 100 illiyi münasibətilə Rəsulzadəni ziyarət etməliydi. İlham Əliyev növbəti dəfə etiraf etdi ki, Rəsulzadənin varlığını həzm edə bilmir. Çünki Rəsulzadə demokratiyanın, azadlıqların, xalqa xidmətin nümunəsi idi və sevginin yaşatdığı şəxsiyyətdir. İlham Əliyev hakimiyyəti isə bütün bəşəri dəyərlərə nifrət edir. Həm də Əıiyev başa düşür ki, Azərbaycan xalqı üçün həqiqi öndər Rəsulzadədi. 25 illik hakimiyyət onun izini itirmək istəsə də, heç nəyə nail ola bilmədi. Azərbaycanda Rəsulzadənin heykəli yoxdur, Universitetdən adı götürülüb, yeganə büstünə çuval keçirilib və Rəsulzadə yolunun davamçılarına divan tutulur. Bəli, Türkiyədə Elçibəyin, Rəsulzadənin heykəlləri var, onların adı əbədiləşdirilib, amma Azərbaycanda yalnız bir adamın adının əbədiləşdirilməsinə imkan verilir.
Müxtəsər, İlham Əliyev Rəsulzadənin məzarını ziyarət etməməklə şərəfli tariximizə nifrətini bir daha göstərdi və etiraf etdi ki, Cümhuriyyətlə bağlı sərəncamı ictimaiyyəti aldatmağa xidmət edib. Amma bu addımlar Rəsulzadəni deyil, ona ögey münasibət bəsləyənləri uduzdurur. Rəsulzadənin böyüklüyü qarşısında kiçilmək avtoritarların alın yazısıdı.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ