SON DƏQİQƏ

PressDent.Info

ADR-dәn Konstitusiya Məhkəməsinә çağırış

ADR-dәn Konstitusiya Məhkəməsinә çağırış
17-04-2018, 20:22 11136 dəfə baxılıb

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Konstitusiya Məhkəməsini 11 aprel növbədənkənar prezident seçkilərinin nəticələrini tanımamağa çağırıb.

Təşkilat hesab edir ki, heç bir əsaslandırma olmadan, izahat verilmədən, birtərəfli qaydada 6 ay önə təyin olunan, əvvəlcədən razılşadırılmış namizədlərlə alternativlik və rəqabət görüntüsü yaratmaq niyyəti güdən, dövlət büdcə, maliyyə, həm də inzibati resurslarından hakim partiyanın namizədinin xeyrinə sui-istifadə edən mövcud iqtidar seçki günündə də kütləvi saxtalaşdırmaya gedərək elan etdiyi yalançı nəticələrlə Azərbaycanda hakimiyyəti yenidən qəsb edib

ADR Hərəkatı seçkinin nəticələrini tanımadığını bəyan edir və Konstitutsiya Məhkəməsini onun nəticələrini təsdiq etməməyə çağırır.

ADR Hərəkatı təklif edir ki, siyasi məhbuslar azad edildikdən, azad mətbuat və müstəqil vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılan maneələr aradan qaldırıldıqdan, maliyyə şəffaflığı və hesabatlılıq təmin edildikdən sonra bu ilin payızında yenidən prezident seçkiləri keçirilsin.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ