SON DƏQİQƏ

PressDent.Info

MSK 2 milyon seçicini niyə siyahıya salmır?

MSK 2 milyon seçicini niyə siyahıya salmır?
9-04-2018, 20:08 6960 dəfə baxılıb

Rövşən Ağayev

Son günlər fb-də müzakirəyə səbəb olan məsələlərdən biri də real seçici sayı ilə faktiki seçici sayı arasında böyük fərqin olmasıdı.
Doğrudan da rəsmi statistikaya görə, hazırda ölkədə səsvermə yaşı olan (18 yaşı tamam olmuş) vətəndaşların sayı təxminən 7.1 mln. nəfər olsa da, MSK seçici sayını bundan təxminən 2 mln. nəfər (28%) az olduğunu deyir.
Bildiyim qədər fiziki vəziyyətindən, statusundan asılı olmayaraq 18 yaşı tamam olmuş bütün şəxslər səsvermə hüququna malikdir. Seçki qanunvericiliyinə əsasən burda yalnız məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər istisnadır və bu şəxslər seçkilərdə səs verə bilməzlər. Ölkədə 18 yaşı tamam olmuş əhali arasında neçə nəfərin fəaliyyət qabiliyyətsizliyi məhkəmələr tərəfindən təsdiqlənib? Heç olmazsa seçkiyə 3 gün qalmış bu məlumatı MSK açıqlamalıdır.
Bu istisnanı nəzərə almasaq az qala seçmək hüququ olan 2 mln. nəfərin adı seçici siyahısında yoxdursa, burda 2 ehtimal var:
1) yüz minlərlə insan əməkçi miqrant kimi ölkəni tərk edib və onlar uzun illərdi qeydiyyatda olduqları yerdə yaşamadıqları üçün seçici siyahalarına daxil edilmirlər;

2) yüz minlərlə insan ölkə daxilində miqrasiya edib, qanunvericiliyin tələbinə uyğun olaraq yaşadıqları yer üzrə qeydiyyata düşmədikləri üçün nə faktiki yaşayış yerində, nə qeydiyyatda olduqları yer üzrə seçici siyahalarında yoxdurlar.

Məntəqə seçki komissiyalarında dost-tanışlarım olduğu üçün dəqiq bilirəm ki, bu komissiyalarda hər 2 səbəb üzrə siyahıda olmayanların sayı barədə dəqiq məlumatlar var.
Bu çox ciddi və ictimai əhəmiyyəti olan məsələ olduğu üçün MSK öz mövqeyini və əlində olan rəqəmləri açıqlamalıdı.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ