SON DƏQİQƏ

PressDent.Info

Mitinqin Təşkilat Komitəsinin üzvü olan cəbhəçi işdən çıxarıldı

Mitinqin Təşkilat Komitəsinin üzvü olan cəbhəçi işdən çıxarıldı
4-04-2018, 20:47 12006 dəfə baxılıb

AXCP sədri Əli Kərimli özünün fb səhifəsində hakimiyyətin partiyaya qarşı repressiyasının daha bir nümunəsindən-cəbhə fəalı Bəxtiyar İmanovun qanunsuz olaraq işdən çıxarılmasından yazıb.

“Rejim əleyhinə mitinqlərin bizə – təşkilatçılara nələrə başa gəldiyini bilmək istəyirsiniz? O zaman cəbhəçilərin fədakar mübarizəsindən daha bir təsirli nümunə ilə sizi tanış edim.
Müxalifətin fəaliyyətinə qulp qoymaq üzrə ixtisaslaşmış şəxslərin oxuması xüsusilə vacibdir.
Bəxtiyar İmanov 2 gün bundan əvvəl AXCP Rəyasət Heyətinə seçilmiş 3 nəfər gənc cəbhəçidən biridir. Elmlər Akademiyasının Fizika İnstitutunda işləyirdi. Artıq işləmir, işdən çıxarılması haqqında sənədləri bu gün ona təqdim ediblər. Ancaq bu, hamısı deyil. Bəxtiyar bəy son illərdə keçirtdiyimiz mitinqlərin təşkilatçılarından biridir. Ona görə də hökumətin hədəfində idi. Hətta Elmlər Akademiyasının Rəyasət Heyətinə belə çağırıb, işdən çıxaracaqları ilə hədələmişdilər (indi bildiniz elm məbədi olmalı olan Akademiya nәyə görə gülünc günə qalıb?). Bəxtiyar bəydən tələb edirdilər ki, mitinqlərin təşkilindən kənar dursun. Bəxtiyar bəy bu tələbləri rədd etdi. Milli Şura rejimin ifşa olunmuş 3 milyardlıq oğurluğu ilə bağlı ötən ilin payızında silsilə mitinqlər keçirəndə Bəxtiyar bəyə qarşı təzyiqlər daha da artdı. Bəxtiyar bəy geri çəkilmədiyi üçün onun ailə üzvlərini işdən çıxartdılar. Qardaşını işlədiyi peşə təhsili məktəbindən, bacısını isə 12 il dərs dediyi orta məktəbdən işdən çıxartdılar.
31 mart mitinqinə bir neçə gün qalmış Bəxtiyar bəyi işlədiyi Elmlər Akademiyasına çağırıb ona son xəbərdarlıq etdilər. Açıq dedilər ki, mitinqlərin təşkilat komitəsindən və AXCP-dən istefa verməsə işindən çıxarılacaq. Bəxtiyar bəy hədələri rədd etdi, mitinqin təşkilində əlindən gələni әsirgәmәdi. Mitinqdən bir gün sonra isə Ali Məclisin iclasında cəbhədaşları Bəxtiyar bəyə etimad göstərib, onu AXCP Rəyasət Heyətinə üzv seçdilər. Rejim də dedi ki, siz mübarizənizdən əl çəkmədiyiniz kimi, biz də pisliyimizdən əl çəkməyəcəyik. Bəxtiyar bəy Akademiyadakı işindən uzaqlaşdırıldı. Beləliklə, Bəxtiyar bəyin xalq naminə apardığı mübarizə onun ailəsinin 3 üzvünün işini itirməsilə nəticələndi.
Görürsünüz necə qəddardırlar? Görürsünüz müxalifətdən, xalqın təşkilatlanmasından necə qorxurlar?
Əziz həmvətənlər, rejimin belə anti-insani repressiyası ilə üzləşən tək Bəxtiyar bəy deyil. Mitinqlərin xeyli sayda təşkilatçısı bənzər məhrumiyyətlər yaşayırlar, lakin mübarizədən vaz keçmirlər. Biz bu cəsur insanlardan ibarət komanda olaraq növbəti mitinqləri də təşkil etməyə hazırıq, siz də bu fədakar insanları mübarizə meydanında, qəddar rejimin qarşısında dəstəksiz qoymayin.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ