SON DƏQİQƏ

PressDent.Info

10 mart mitinqinə görə təzyiqə məruz qalan cəbhəçilər SİYAHI

10 mart mitinqinə görə təzyiqə məruz qalan cəbhəçilər SİYAHI
16-03-2018, 22:28 4350 dəfə baxılıb

Milli Şuranın 10 mart 2018 il tarixində Bakıdakı keçirdiyi mitinq ərəfəsində polis onlarla AXCP üzvünü təqibə məruz qoyub. Təqib və həbs olunan cəbhəçilərin siyahısını təqdim edirik:  

  1. Aqil Məhərrəmov – AXCP Rəyasət Heyətinin üzvü, 05 mart tarixində Sabunçu Rayon polis idarəsinin Cinayәt Axtarış Şöbәsinә çağırılıb, ərazidə oğurluq hadisəsi ilə bağlı sorğu-sual olunub, polisə çağırımağının əsl səbəbini açıqlamayıblar, bir neçə saatdan sonra sərbəst buraxılıb. 07 mart tarixdə axşam saat 6 radələrində Sabunçu rayon polis şöbəsinə çağırılıb, ordan da 13-cü bölməyə aparılıb, protokol tərtib olunub. 08 mart tarixdə Sabunçu rayon məhkəməsi tərəfindən İXM-nin polisə müqavimət maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.
  2. Vahid Məhərrəmli – AXCP Rəyasət Heyətinin üzvü, Milli Şura Koordinasiya Mərkəzinin üzvü, 06 mart tarixdə Yasamal rayon polis idarəsinin 29-cu polis bölməsinə çağırılıb, bölmə rəisi qəbul edib və çağırışın məqsədi kimi vəzifəyə yeni təyin olunduğunu və Vahid Məhərrəmli ilə tanış olub müxtəlif mövzularda söhbət aparmaq istədiyini söyləyib. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  3. İradə Əliyeva – AXCP Ali Məclis sədrinin müavini, 05 mart tarixdə Nəsimi rayon polis idarəsinin sahə polis müvəkkili evinə gəlib, o evdə olmayıb. Sonra mobil telefona zəng edərək 06 mart tarixdə rayon polis idarəsinin rəis müavininin onunla görüşmək istədiyini bildirib. 06 mart tarixdə polis idarəsinə gedib, 1 saat gözlədikdən sonra rəis müavini qəbul edib, ailə vəziyyəti, partiya fəaliyyəti ilə bağlı suallardan sonra, çağırışın əsl məqsədini açıqlamadan bir müddətdən sonra sərbəst buraxılıb.
  4. Ilham Hüseyn – AXCP Rəyasət Heyətinin üzvü, mitinq günü, 10 mart tarixdə Xəzər rayon polis idarəsinin Buzovna qəsəbəsi üzrə polis sahə müvəkkili və daha bir neçə polis əməkdaşı atasının yaşadığı evə gəlib, ailəni təhdid edərək İlham Hüseynin icazəsiz mitinqlərdə iştirak etdiyini, dövlət əleyhinə çıxışlar etdiyini bildiriblər. halbuki 10 mart mitinqi ondan əvvəlki mitinqlər kimi Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmışdı, . İlham Hüseyn də məhz icazəli mitinqin aparıcısı olub.
  5. Eldar Hüseynov – AXCP Rəyasət Heyətinin üzvü, 05 mart tarixdə Suraxanı rayon polis idarəsinin 33-cü bölməsinə çağırılıb, profilaktik söhbət aparılıb və bir neçə saatdan sonra sərbəst buraxılıb.
  6. Səadət Cahangir- AXCP Rəyasət Heyətinin üzvü, 06 mart tarixdə Bakının Xətai rayon polis idarəsinə çağırılıb, rəis müavini ona hədə-qorxu gəlib. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  7. Kənan Zeynalov – AXCP Suraxan şöbəsi, 05 mart tarixdə Suraxanı rayon polis idarəsinin 33-cü bölməsinə çağırılıb, profilaktik söhbət aparılıb və bir neçə saatdan sonra sərbəst buraxılıb.
  8. Ramid Nağıyev – AXCP Binəqədi şöbəsi, 05 mart tarixdə polis əməkdaşları bir neçə dəfə evinə gəlib, getməyib. Gecə çox gec saatlarda evindən məcburən Binəqədi rayon polis şöbəsinin 6-cı bölməsinə aparıblar. Yaşadığı küçədə oğurluq hadisəsi barədə sorğu-sual ediblər, polisə gətirilməyinin əsl səbəbini açıqlamayıblar, bir neçə saatdan sonra sərbəst buraxılıb. 07 və 08 mart tarixlərində yenə telefonuna polisdən zənglər gəlib, cavab verməyib. Polis əməkdaşları evinin qapısında 2 gün onu gözləyiblər.
  9. Abdulla Mahmudov -AXCP Sabunçu şöbəsi, 05 mart tarixdə Sabun rayon polis idarəsinə çağırılıb, mitinq barədə sorğu-sual olunub, iş və yaşayış yeri barədə məlumatları təkrar soruşublar. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  10. Yalçın Abdullayev -AXCP Binəqədi şöbəsinin sədr müavini, 05 mart tarixdə gecə saat 12 radələrində evindən Binəqədi rayon polis idarəsinin 4-cü bölməsinə aparıblar. Yarım saatlıq profilaktik söhbətdən sonra sərbəst buraxıblar. 07 mart gecə saatlarında Binəqədi rayonu 4-cü polis bölməsinin əməkdaşları təkrar evinə gəliblər, ailə üzvlərinə deyilib ki polis rəisi Yalçın Abdullayevi çağırır, özü evdə olmayıb. Bir müddət polislər qapıda gözləyiblər, ailə üzvlərinə bir gün ərzində polis bölməsinə gəlməsi tələbini bildirdikdən sonra gediblər. 07 mart tarixdə həbs olunub, 15 sutka inzibati həbs cəzası alıb.
  11. Dilarə Miriyeva – AXCP Nəsimi şöbəsi, 05 mart tarixində Nəsimi rayon polis idarəsinə çağırılıb, rəis müavini tərəfindən qəbul olunub, telefon nömrələrini soruşub təkrar yazıblar, bir müddətdən sonra sərbəst buraxılıb.
  12. Faiq Nağıyev – AXCP Xətai şöbəsinin sədr müavini, 05 mart tarixində Xətai rayon polis şöbəsinin 36-cı bölməsi tərəfindən saxlanılıb, bölmədə ona hədə-qorxu gəliblər, təhqir ediblər, bir neçə saat sonra sərbəst buraxılıb. Təkrar 06 mart tarixdə Xətai rayon polis idarəsi 36-cı bölməsi tərəfindən saxlanılıb, haqqında protokol tərtib olunub, 07 mart tarixdə Xətai rayon məhkəməsi tərəfindən 535.1 maddəsi ilə 20 sutka inzibati həbs cəzası verilib.
  13. Nərmin Xəlil – AXCP Nəsimi şöbəsi, 05 mart tarixdə Bakının Nəsimi rayon polis şöbəsinin polis sahə müvəkkli axşam saat 6-dan sonra evinə gəlib, 2 saat gözləyib, onu polis idarəsinə aparmaq istəyib, sahə müvəkkilinə iş saatının başa çatdığını söyləyiblər, yalnız bundan sonra evi tərk edib. 09 mart tarixdə polis sahə müvəkkili yenə də evinə gəlib.
  14. Gülnarə Quliyeva – AXCP Nəsimi şöbəsi, 05 mart tarixində Nəsimi rayon polis idarəsinin sahə müvəkkili evinə gələrək idarəyə getməsini tələb edib, getməyib. 2-ci dəfə eyni tarixdə sahə müvəkkili və başqa bir polis əməkdaşı tərəfindən evindən polis idarəsinə aparılıb, bir müddətdən sonra sərbəst buraxılıb.
  15. Ayaz Məhərrəmli -AXCP Xətai şöbəsi, 06 mart tarixində Suraxanı rayon polis şöbəsinin 33-cü bölməsinə dəvət olunub, ailəsi, qohumları haqda ətraflı məlumat alınaraq qeyd edilib, bir neçə saatdan sonra sərbəst buraxılıb. 07 mart tarixdə axşam saat 6 radələrində polis evinə basqın edib, əgər polis bölməsinə getməsə, bütün ailə üzvlərini polisə aparacaqları ilə təhdid ediblər. Özü evdə olmayıb. Polis sahə müvəkkili Ayaz Məhərrəmlinin qardaşını girov kimi həbs edib aparıb. 2-3 maşın polislə ata-anasının evini mühasirəyə alıb, yaşlı valideynlərini də həbs edəcəklərilə, özünü və yaxın qohumlarını da işdən çıxaracaqları ilə hədələyiblər.  Ondan  mitinqə getməmək, mitinqin təşkilindəki rolundan imtina etmək tələb olunub. Fəal mitinq təşkilatçılarından biri olduğuna və siyasi əqidəsinə görə 14 mart tarixdə SOCAR-da sürücü vəzifəsindən azad edilib.
  16. Nazim Həsənov – AXCP Lənkəran şöbəsinin sədri, 06 mart tarixində Lənkəran rayon polis idarəsinə çağırılıb, ondan ailəsi, yaxın və uzaq qohumları, bütün şəcərəsi haqda məlumat alıb yazıblar, mitinqə rayondan neçə nəfərin gedəcəyi barədə soruşublar, cavab almayıblar. Bir neçə saatdan sonra yenidən polis idarəsinə dəvət olunacağı ilə bağlı xəbərdarlıqdan sonra sərbəst buraxılıb. 09 mart tarixdə Lənkəran rayonu Liman qəsəbəsində polis bölməsinə çağırılıb, profilaktik söhbət aparılaraq bir neçə saatdan sonra sərbəst buraxılıb. Evə çatanda bir daha polis bölməsindən zəng gəlib və Nazim Həsənov 10 mart saat 09.30-da Lənkəran rayon polis idarəsi rəisinin qəbuluna çağırılıb. Məqsəd onu mitinq vaxtına qədər orda saxlamaqdır.
  17. Bəhruz Həsənli – AXCP Suraxanı şöbəsinin sədri, Suraxanı rayon polis şöbəsi tərəfindən axtarılır, mitinq öncəsi həbs olunmamaq üçün evdə qalmır. Evi polis nəzarətinə götürülüb.
  18. Cəlil Hüseynli – AXCP Yasamal şöbəsinin sədri, 06 mart tarixində Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə çağırılıb, mitinqə gedib-getməyəcəyi ilə bağlı sorğu-sual olunub, bir neçə saatdan sonra sərbəst buraxılıb.
  19. Nicat Nizamov- AXCP Suraxanı şöbəsi, 05 mart tarixdə Suraxanı rayon polis idarəsinin 30-cu bölməsinin əməkdaşları tərəfindən evdən aparılıb, yaşadığı Hövsan kəndində baş verən oğurluq hadisəsinə görə ondan izahat alınıb. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  20. Cəfər Nərimanov – AXCP Binəqədi şöbəsi, 06 mart tarixində Binəqədi rayon polis şöbəsinin 6-cı bölməsinə çağırılıb, xəbərdarlıq edilərək bir neçə saatdan sonra sərbəst buraxılıb.
  21. Rəşid Turabov -AXCP Xətai şöbəsi, 05 mart tarixdə dəfələrlə özünü Xətai rayon polis idarəsinin 36-cı bölməsinin rəisi kimi təqdim edən şəxsin +994552254343 nömrəsindən zəng olunub, cavab verməyib. Həmin tarixdə yenidən telefonla onu 36-cı polis bölməsinin rəisi çağırıb, gedib və onu Xətai rayon polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi qəbul edib. Yaşadığı ərazidə guya oğurluq, cinayət hadisəsi baş verdiyi deyilib və onun bu haqda məlumatı olub-olmaması soruşulub. Bir müddətdən sonra sərbəst buraxılıb.
  22. Babək Həsənov- AXCP Nərimanov şöbəsi, 05 mart tarixdə Suraxanı rayon polis idarəsinin 33-cü bölməsinə çağırılıb, profilaktik söhbət apararaq bir neçə saatdan sonra sərbəst buraxılıb.
  23. Xəlqi Hüseyn -AXCP Suraxanı şöbəsi, 06 mart tarixində Suraxanı polis idarəsinin 31-ci bölməsinə çağırılıb, guya 136 saylı avtobusda oğurluq olub və bununla bağlı izahat alınıb ondan. Mitinqə getməməklə bağlı təhdid olunub, bu dəfə çağırıldığı vaxt gəlməsə oğurluq maddəsi ilə ittiham olunacağı ilə bağlı üstüörtülü şəkildə hədələnib.
  24. Elşən Təhməzli – AXCP Nərimanov şöbəsi, 06 mart tarixində Nizami rayon polis idarəsinin sahə müvəkkili gəlib evindən aparıb, amma yarı yolda maşından düşürüb, sabah 07 mart tarixdə polis bölməsinə gəlməsini tapşırıb. 07 mart tarixdə Nizami rayon polis idarəsinin 25-ci polis bölməsinə gedib, polis sahə müvəkkili Azər Zeynalov onunla çox kobud danışıb, təhqir edib. Hansısa ərizəni yazıb imzalamağa zorla məcbur etmək istəyib, rədd cavabı aldıqda polis sahə müvəkkili söyüş söyüb və hədə-qorxu gəlib. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  25. İsmayıl Həsənov – AXCP Nəsimi şöbəsi, 05 mart tarixdə Nizami rayon polis idarəsinin 25-ci bölməsindən evinə gəlib onu soruşublar. 06 mart tarixdə polis sahə müvəkkili evə gəlib onu polis bölməsinə aparıb. Yaşadığı küçədə guya oğurluq hadisəsi olub və buna görə ondan izahat alıblar. 4 saatdan artıq İsmayıl Həsənovu polis bölməsində saxlayıblar, bir otağa salıb hədə-qorxu gəliblər və polis əməkdaşları onunla çox kobud davranıblar. 4 saatdan sonra sərbəst buraxılıb.
  26. Emin Maniyev -AXCP Nəsimi şöbəsi, 5 və 6 mart tarixlərində polisdən zəng etsələr də cavab vermir, mitinqqabağı həbs olunmamaq üçün evdə qalmır.
  27. Elnur Yusubov – AXCP Sabunçu şöbəsi, 06 mart tarixində Nizami rayon 23 saylı bölməsinə çağırılıb, dekabr ayında ərazidə baş verən oğurluq hadisəsinə görə ondan izahat alınıb. Məlum olub ki, Elnur Yusubov həmin tarixdə heç ölkədə olmayıb. Bölmə rəisi onunla kobud davranıb. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  28. İslam İslamzadə – AXCP Xətai şöbəsi, 06 mart tarixində Xətai rayon polis idarəsinin sahə müvəkkili tərəfindən evindən idarəyə aparılıb, guya ərazidə oğurluq olub, onunla bağlı izahat alıblar, mitinqə getməməsi ilə bağlı təhdid olunub, bir neçə saatdan sonra sərbəst buraxılıb.
  29. Paşa Umudov – AXCP Nizami şöbəsinin sədri, 06 mart tarixində Xətai rayon polis şöbəsinin 34-cü bölməsinə çağırılıb. Kiryədə qaldığı ev üçün müqavilə tələb olunduğu bildirilib. Yaxınlıqdakı kafedə baş verən oğurluqla bağlı məlumatının olub olmadığı barədə suallar verilib. Lakin sonradan məlum olub ki, həmin kafedən oğurluq edənlər artıq çoxdan tapılıb. Yenə də Paşa Umudovdan bununla bağlı izahat yazmaq tələb olunub. Pariya fəaliyyəti ilə bağlı suallar verilib və bir neçə saatdan sonra sərbəst buraxılıb.
  30. Rəşad Əzizov -AXCP Xətai şöbəsi, 06 mart tarixində Xətai rayon polis şöbəsinin 36-cı bölməsi tərəfindən saxlanılıb, hələ də sərbəst buraxılmayıb, səhəri gün məhkəməyə çıxarılacağı gözlənilirdi, guya polisə müqavimət göstərib. Rəşad Əzizovun ciddi sağlıq problemləri var, həbsdə olmaq onun səhhəti üçün çox təhlükəlidir. Rəşad Əzizovu bir gecə polis bölməsində saxladıqdan sonra, bir daha belə hərəkətlərə yol verməyəcəyi barədə kağıza imza atdıraraq 07 mart tarixdə sərbəst buraxıblar.
  31. Tahir Ağayev– AXCP Xətai şöbəsi, 06 mart tarixində Xəzər rayon polis idarəsinin 1-ci bölməsindən polislər evinə gəlib axtarış aparıblar, kompyuter və telefonunu götürüblər, özünü də polis bölməsinə aparıblar, saxlanılıb, haqqında protokol tərtib olunub, 07 mart tarixdə Xəzər rayon məhkəməsi tərəfindən İXM-nin 535.1 maddəsi (polisə müqavimət) ilə 15 sutka inzibati həbs cəzası verilib.
  32. Natiq Abbasov- AXCP Xətai şöbəsi, 06 mart tarixində Xəzər rayon polis idarəsinin 1-ci bölməsinin əməkdaşları tərəfindən aparılıb, bir neçə saatdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.
  33. Bəşir Tarverdiyev – AXCP Binəqədi şöbəsi, 06 martdan 07 mart tarixinə keçən gecə saat 01 radələrində Nəsimi rayon polis idarəsinin əməkdaşları evinə gəlib axtarış aparıblar, kompyuterini götürüblər və özünü də xəstə anasının gözü qarşısında kobud formada həbs edərək naməlum istiqamətə aparıblar. 07 mart tarixdə səhərə yaxın saat 4-də partiya yoldaşları 102 xidmətinə dəfələrlə zəng edib çətinliklə yerini öyrənə biliblər. 07 mart tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən İXM-nin 535.1 (polisə müqavimət) maddəsi ilə 20 sutka həbs cəzası verilib.
  34. Nicat Abdullayev – AXCP Binəqədi şöbəsi, 05 mart tarixdə Binəqədi rayon polis idarəsinin 4-cü bölməsindən 3 əməkdaşı və polis sahə müvəkkili evinə gedib anaslndan onu soruşublar. Mitinq ərəfəsi evə gəlmədiyi cavabını alıblar. Təkrar martın 6-da axşam evə gəliblər polis əməkdaşları, özü evdə olmayıb. 07 mart təkrar çağırılıb polis bölməsinə, orda çağırışın məqsədini izah etməyiblər, evdə olmasını, çağıranda polis bölməsinə gəlməsini bildiriblər və bir müddətdən sonra sərbəst buraxıblar.
  35. Ülvi Quliyev – AXCP Sumqayıt şöbəsinin məclis sədri, 07 mart tarixdə Sumqayıt şəhər polis idarəsi tərəfindən saxlanılıb. Polisə çağırılmağının səbəbini izah etmədən 5 saat saxlayıb sərbəst buraxıblar.
  36. Elnur Həsənov – AXCP Sumqayıt şöbəsinin sədri, 06 mart tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən iş yerindən aparılıb, mitinqə gedib-getməyəcəyi barədə sorğu-sual edilib, bir neçə saatdan sonra sərbəst buraxılıb.
  37. Nəriman Məmmədov- AXCP Sumqayıt şöbəsi, 06 mart tarixdə Sumqayıt şəhər polis idarəsinə axşam saat 8-də çağırılıb, guya Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yol qəzası törətdiyini və bir qızı vurduğunu deyiblər, Nəriman Məmmədov maşınının həyətdə olduğunu və gedib baxış keçirmələrini deyəndə, bildiriblər ki, qalsın, başqa vaxt baxarlar.  Sonra Sumqayıtda fevral ayında bir AXCP üzvünün toyunda iştirak edib-etməməsi ilə bağlı sual veriblər. Daha sonra yenə onunla əlaqə saxlayacaqlarını bildirərək bir neçə saatdan sonra sərbəst buraxılıb.
  38. Mehti Nağıyev – AXCP Sumqayıt şöbəsində Gənclər Komitəsinin sədri, 07 mart tarixdə Sumqayıt şəhər polis idarəsinin 3-cü bölməsinə çağırılıb. Mitinqlə bağlı sorğu sual edilib və bir neçə saatdan sonra sərbəst buraxılıb.
  39. Seyran Nəbiyev – AXCP Nizami şöbəsi, 07 mart tarixdə qeydiyyatda olduğu Ağdaş rayonundan polis sahə müvəkkili Mehman Paşayev zəng edib rayona gəlməsini tələb edib. Daha sonra özünü Ağdaş rayon polis idarəsinin rəis müavini kimi təqdim edən Nadir adlı şəxs zəng edib və rayon polis idarəsinə gəlməsini tələb edib. Seyran Nəbiyev rədd cavabı verdikdə təkrar zəng edəcəyini söyləyib.
  40. Rəmzi Şıxəliyev – AXCP Sumqayıt şöbəsi, 06 mart tarixdə Sumqayıt şəhər polis idarəsinin bölməsinə çağırılıb, guya 418 manat cərimə borcunu ödəmədiyinə görə dəvət olduğunu bildirsələr də, sonradan partiya mənsubiyyəti və fəaliyyəti barədə sorğu-sual ediblər. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  41. Ceyhun İslamov – AXCP Sumqayıt şöbəsi, 07 mart tarixdə Sumqayıt şəhər polis idarəsinin 3-cü bölməsinə çağırılıb. Mitinqlə bağlı sorğu sual edilib və bir neçə saatdan sonra sərbəst buraxılıb.
  42. Elçin Əliyev – AXCP Sumqayıt şöbəsi, 06 mart tarixdə iki nəfər mülki geyimli şəxs evinə gələrək onlarla Sumqayıt şəhər polis idarəsinin 1-ci bölməsinə getməyi tələb ediblər. Səbəbini izah etməyiblər. Polis bölməsində ona bildiriblər ki, bir kondisioner oğurluğu baş verib və həmin vaxt Abbas Hüseynov da guya ordan keçib, bu haqda izahat yazmalı olduğunu bildiriblər. Sonra siyasi mənsubiyyəti, 2 nəfər partiya yoldaşının harada olduğu, mitinqə gedib-getməyəcəyi barədə suallar veriblər. 2 saatdan sonra oğurluqla bağlı məlumatı olmadığı, məlumatı olarsa xəbər verəcəyi barədə izahat yazdırıb imzaladıblar. Şəxsiyyət vəsiqəsini polis bölməsində saxlayaraq sərbəst buraxıblar.
  43. Nadir Rəsulov – AXCP Sumqayıt şöbəsi, 06 mart tarixdə Sumqayıt şəhər polis idarəsinə çağırılıb, mitinqə gedib-getməyəcəyi ilə bağlı sorğu sual edilib, bir neçə saatdan sonra sərbəst buraxılıb.
  44. Elvin Maqsudov – AXCP Sumqayıt şöbəsi, 08 mart tarixdə Sumqayıt şəhər polis idarəsinin 1-ci bölməsinə çağırılıb, öncə çağırışın məqsədi kimi yaşadığı ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı olduğu bildirilib. Lakin polis bölməsində bu oğurluqla bağlı heç bir sual verməyiblər və deyiblər ki, bu hadisənin Elvin Maqsudova dəxli yoxdur, onunla sadəcə söhbət etmək üçün dəvət ediblər. Özü, ailə üzvləri, qohumları barədə, mitinqə gedib getməyəcəyi ilə bağlı suallar verib yazıblar. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  45. Ələddin Quliyev – AXCP Sumqayıt şöbəsi, 08 mart tarixdə Sumqayıt şəhər polis idarəsinin 1-ci bölməsinə çağırılıb, tərcümeyi-halı, ailə üzvləri, qohumları barədə suallar verib yazıblar, mitinqə gedib-getməyəcəyi ilə maraqlanıblar. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  46. Sətdar Şahlarov – AXCP Sabirabad şöbəsinin sədri, 08 mart tarixdə Sabirabad rayon polis şöbəsinə çağırılıb, mitinqə getməməsi ilə bağlı xəbərdarlıq edilib və bir müddətdən sonra sərbəst buraxılıb.
  47. Balamirzə Fətiyev – AXCP Sabirabad şöbəsinin məclis sədri, 08 mart tarixdə Sabirabad rayon polis şöbəsinə çağırılıb, mitinqə getməməsi ilə bağlı xəbərdarlıq edilib və bir müddətdən sonra sərbəst buraxılıb.
  48. Sahib Rüstəmli – AXCP Sabirabad şöbəsindən partiyanın Ali Məclis üzvü, 08 mart tarixdə Sabirabad rayon polis şöbəsinə çağırılıb, getməyib, çağırış 09 marta ertələnib
  49. Ziyafət Hüseynov – AXCP Saatlı şöbəsindən partiyanın Ali Məclis üzvü, 08 mart tarixdə Saatlı rayon polis şöbəsinə çağırılıb, profilaktik söhbət aparılıb, ondan xahiş olunub ki, “dövlətçilik əleyhinə olan” 10 mart mitinqinə getməsin. Bir müddətdən sonra sərbəst buraxılıb. 10 mart tarixdə mitinqə getməsini əngəlləmək üçün maşınını Sabirabadın Nizamikənd ərazisindəki Dövlət Yol Polisində əsas gətimədən girov saxlayıblar. Bu qanunsuzluq mitinq günündən sonrakı günlərdə hələ də davam edir.
  50. Şamil Hacıbəyli – AXCP Saatlı şöbəsinin sədri, 08 mart tarixdə Saatlı rayon polis şöbəsinə çağırılıb, profilaktik söhbət aparılıb, ondan xahiş olunub ki, “dövlətçilik əleyhinə olan” 10 mart mitinqinə getməsin. Bir müddətdən sonra sərbəst buraxılıb.
  51. Fizuli Qəhrəmanlı – AXCP Beyləqan şöbəsinin sədri, 09 mart tarixdə səhər saatlarında evindən Beyləqan rayon polis idarəsinə aparılıb. Bütün gün ərzində partiya yoldaşlarına haqqında heç bir məlumat verilməyib. Axşam saat 8-də sərbəst buraxılıb. Məlum olub ki, ona 30 sutka inzibati həbs cəzası barədə protokol hazır imiş, onun üzünə durmağa bir neçə şikayətçi qadın gətiriblər hətta, guya Fizuli Qəhrəmanlı onların övladlarını güclə mitinqə aparır, lakin hansısa səbəblərdən sonradan bu əməliyyatı ləğv ediblər. O, heç bir izahat yazmayıb və sənədə imza atmayıb. Polis idarəsində deyilib ki onun həbsi yuxarıdan sifarişlə olub. 10 mart tarixdə səhər saat 11-də yenidən polis şöbəsinə gəlməsi tələb olunub, o rədd edib və həmin vaxt Bakıya mitinqə yola düşəcəyini bildirib.
  52. Məhəmməd Əbilhəsənov – AXCP Beyləqan şöbəsindən partiyanın Ali Məclis üzvü, 09 mart tarixdə səhər saatlarında evindən Beyləqan rayon polis idarəsinə aparılıb. Bütün gün ərzində partiya yoldaşlarına haqqında heç bir məlumat verilməyib. Axşam saat 8-də sərbəst buraxılıb. Məlum olub ki, ona 30 sutka inzibati həbs cəzası barədə protokol hazır imiş, onun üzünə durmağa hətta bir neçə qadın gətiriblər, lakin hansısa səbəblərdən sonradan bu əməliyyatı ləğv ediblər. Polis idarəsində deyilib ki onun həbsi yuxarıdan sifarişlə olub. 10 mart tarixdə səhər saat 11-də yenidən polis şöbəsinə gəlməsi tələb olunub, o rədd edib və həmin vaxt Bakıya mitinqə yola düşəcəyini bildirib.
  53. Seymur Həsənov – AXCP Beyləqan şöbəsi, 09 mart tarixdə səhər saatlarında evindən Beyləqan rayon polis idarəsinə aparılıb. Mitinqə getməməklə bağlı xəbərdarlıq edilib və bir neçə saatdan sonra sərbəst buraxılıb.
  54. Əflatun Əhmədzadə – AXCP Neftçala şöbəsinin sədri, 09 mart tarixdə Neftçala rayon polis idarəsinə çağırılıb, polis rəisi onu hədələyərək mitinqə getməməsini tələb edib. O, rədd edib, polis rəisi bu tələbin Rayon İcra Hakimiyyəti Başçısından gəldiyini söyləyib və bildirib ki, səhərə qədər Ə.Əhmədzadənin evinin qarşısında polis növbə çəkəcək ki, o, mitinqə gedə bilməsin. 3 saatdan sonra sərbəst buraxılıb. 10 mart tarixdə mitinqə getməsinin qarşısını almaq üçün evinin qarşısında polis postu qurulub.
  55. Kamil Mehdizadə – AXCP Neftçala rayon şöbəsinin məclis sədri, 09 mart tarixdə Neftçala rayon polis idarəsinə çağırılıb.
  56. Tahir Nağıyev – AXCP Neftçala şöbəsi, 09 mart tarixdə Neftçala rayon polis idarəsinə çağırılıb. Profilaktik söhbətdən sonra sərbəst buraxılıb.
  57. Allahşükür Əlizadə – AXCP Neftçala şöbəsi, 09 mart tarixdə Neftçala rayon polis idarəsinə çağırılıb.
  58. Haqverdi İmayılov – AXCP Göyçay şöbəsi, 09 mart tarixdə Göyçay rayon polis idarəsinə aparılıb, saat 11.30-da saat 19.30-a qədər orda saxlanıb, 3 nəfər (ikisi qadın olmaqla) üzünə durmağa şahid də gətiriblər, protokol hazırlayıblar, izahat yazdırmaq və böhtanla həbsdə saxlamaq istəyiblər. Lakin o, izahat yazmayıb və heç bir sənədə imza atmayıb, bütün ittihamları rədd edib. 10 mart saat 11.30-da yenidən polis şöbəsinə gəlməyi tələb edərək sərbəst buraxıblar.
  59. Qasım Mösümov – AXCP Göyçay şöbəsi, 09 mart tarixdə Göyçay rayon polis idarəsinə aparılıb, saat 11.30-da saat 19.30-a qədər orda saxlanıb, 3 nəfər (ikisi qadın olmaqla) üzünə durmağa şahid də gətiriblər, protokol hazırlayıblar, izahat yazdırmaq və böhtanla həbsdə saxlamaq istəyiblər. Lakin o, izahat yazmayıb və heç bir sənədə imza atmayıb, bütün ittihamları rədd edib. 10 mart saat 11.30-da yenidən polis şöbəsinə gəlməyi tələb edərək sərbəst buraxıblar.
  60. Cavanşir Əhmədov – AXCP Göyçay şöbəsi, saat 11.30-da saat 19.30-a qədər orda saxlanıb, 3 nəfər (ikisi qadın olmaqla) üzünə durmağa şahid də gətiriblər, protokol hazırlayıblar, izahat yazdırmaq və böhtanla həbsdə saxlamaq istəyiblər. Lakin o, izahat yazmayıb və heç bir sənədə imza atmayıb, bütün ittihamları rədd edib. 10 mart saat 11.30-da yenidən polis şöbəsinə gəlməyi tələb edərək sərbəst buraxıblar.
  61. Rahim Məmmədov – AXCP Göyçay şöbəsi, saat 11.30-da saat 19.30-a qədər orda saxlanıb, 3 nəfər (ikisi qadın olmaqla) üzünə durmağa şahid də gətiriblər, protokol hazırlayıblar, izahat yazdırmaq və böhtanla həbsdə saxlamaq istəyiblər. Lakin o, izahat yazmayıb və heç bir sənədə imza atmayıb, bütün ittihamları rədd edib. 10 mart saat 11.30-da yenidən polis şöbəsinə gəlməyi tələb edərək sərbəst buraxıblar.
  62. Elman Mikayılov – AXCP Göyçay şöbəsi, saat 11.30-da saat 19.30-a qədər orda saxlanıb, 3 nəfər (ikisi qadın olmaqla) üzünə durmağa şahid də gətiriblər, protokol hazırlayıblar, izahat yazdırmaq və böhtanla həbsdə saxlamaq istəyiblər. Lakin o, izahat yazmayıb və heç bir sənədə imza atmayıb, bütün ittihamları rədd edib. 10 mart saat 11.30-da yenidən polis şöbəsinə gəlməyi tələb edərək sərbəst buraxıblar.
  63. Nadir Kərimov – AXCP Göyçay şöbəsi, 09 mart tarixdən yaşadığı Göyçay rayon Lək kəndində yerli polis sahə müvəkkilinin nəzarəti altındadır.
  64. Salam Mahmudov – AXCP Göyçay şöbəsi, 09 mart tarixdən yaşadığı Göyçay rayon Lək kəndində yerli polis sahə müvəkkilinin nəzarəti altındadır.
  65. Şamil Nəsirov – AXCP Saatlı şöbəsi, 09 mart tarixdə işlədiyi dəmirçi sexindən zor tətbiq etməklə Saatlı rayon polis idarəsinə aparıblar, 5 saat orda saxlanıb, təhdid olunub və sərbəst buraxılıb.
  66. Səmid Həmidli – AXCP Saatlı şöbəsi, 09 mart tarixdə Saatlı Rayon İcra hakimiyyətinə çağırılıb, amma getməyib. Əvvəlki mitinqlərdən öncə də belə təzyiqlərdən istifadə olunub onun mitinqə getməsinə mane olmaq üçün.
  67. Elşən Abdullayev – AXCP Mingəçevir şöbəsinin sədri, 09 mart tarixdə yaşadığı evi Mingəçevir şəhər polis idarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, mitinqə getməsinə mane olmaq üçün evinin qarşısında polis postu qoyulub.
  68. Elman Abbasov – AXCP Mingəçevir şöbəsindən partiyanın Aıi Məclis üzvü, 09 mart tarixdə yaşadığı evi mitinqə getməsinə mane olmaq üçün Mingəçevir şəhər polis idarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
  69. Atamoğlan Əhədov – AXCP Mingəçevir şöbəsi, 09 mart tarixdə yaşadığı evi mitinqə getməsisin qarşısını almaq üçün Mingəçevir şəhər polis idarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
  70. Camal Piriyev – AXCP Mingəçevir şöbəsi, 09 mart tarixdə yaşadığı evi mitinqdə iştirakına mane olmaq üçün Mingəçevir şəhər polis idarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
  71. Qadir Xudabaxşıyev – AXCP Mingəçevir şöbəsi, 09 mart tarixdə yaşadığı evi mitinqə getməsinə mane olmaq üçün Mingəçevir şəhər polis idarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
  72. Hikmət Əliyev – AXCP Binəqədi şöbəsi, 07 mart tarixdə həbs olunub, İXM-nin polisə müqavimət maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.
  73. Pərvin Məlikov – AXCP Binəqədi şöbəsi, 09 mart tarixdə qeydiyyatda olduğu Quba rayonunda polis idarəsinin əməkdaşları qardaşını evindən aparıblar. Pərvin Məlikov Bakıda yaşayır və ona zəng edib deyiblər ki, 2 saata Quba rayon polis idarəsinə gəlməsə anasını da həbs edəcəklər.
  74. Akif Babayev – AXCP Binəqədi şöbəsinin sədri, 06 mart tarixdə Binəqədi rayon 6-cı polis bölməsinə aparılıb, mitinq barədə profilaktik söhbət aparılaraq bir neçə saatdan sonra sərbəst buraxılıb.
  75. Baba Süleymanov – AXCP Nəsimi şöbəsi, 09 mart gecə saatlarında küçələrə mitinqə çağırışla bağlı vərəqələr yapışdırarkən Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanaraq bölməyə aparılıb.
  76. Anar Məlikov – AXCP Cəlilabad şöbəsindən partiyanın Ali Məclis üzvü, 10 mart Cəlilabaddan Bakıya gələrkən Biləsuvar rayonu ərazisində polis onu saxlayaraq mitinqə getməyə qoymayıb, geri qaytarıb.
  77. İmran Əliyev – AXCP Cəlilabad şöbəsinin sədri, 10 mart tarixdə səhər saatlarında Cəlilabad rayon polis idarəsi tərəfindən saxlanıb. Mitinqə getməsinin qarşısı alınıb.
  78. Dadaş Bayramov – AXCP Cəlilabad şöbəsinin məclis sədri, 10 mart tarixdə səhər saatlarında Cəlilabad rayon polis idarəsi tərəfindən saxlanıb. Mitinqə getməsinin qarşısı alınıb.
  79. Amid Fərzəliyev – AXCP Cəlilabad şöbəsi, 10 mart tarixdə səhər saatlarında Cəlilabad rayon polis idarəsi tərəfindən saxlanıb. Mitinqlə bağlı xəbərdarlıq edilərək bir neçə saatdan sonra sərbəst buraxılıb.
  80. Qabil Novruzov – AXCP Sabirabad şöbəsi, 10 mart tarixdə səhər saatlarında Bakıya mitinqə gələrkən yolda polis onu və maşında olan daha 3 nəfər AXCP üzvünü saxlayıb, mitinqə getmələrinin qarşısını alıb.
  81. Rəşad Qədirli – AXCP Şirvan şöbəsinin sədri, 10 mart tarixdə maşında Bakıya mitinqə gedəndə, yolda polis tərəfindən saxlanıb, mitinqə getməsinin qarşısı alınıb.
  82. Şahin Əliyev – AXCP Şirvan şöbəsi, 10 mart tarixdə maşında Bakıya mitinqə gedəndə, yolda maşını polis tərəfindən saxlanılıb, mitinqə getməsinin qarşısı alınıb, həbs edlilərək Şirvan şəhər polis idarəsinə aparılıb. 2 gün ərzində orda saxlanıb. Məhkəmə qərarı ilə 200 manat cərimə olunub. Martın 12-də sərbəst buraxılıb.
  83. Əlifağa Abdullayev -AXCP Şirvan şöbəsi, 10 mart tarixdə maşında Bakıya mitinqə gedəndə, yolda polis tərəfindən saxlanıb, mitinqə getməsinin qarşısı alınıb.
  84. Kamal Heydərov – AXCP Hacıqabul şöbəsinin sədri, 10 mart tarixdə maşında Şirvan şəhərindən Bakıya mitinqə gedəndə, yolda polis tərəfindən saxlanıb, mitinqə getməsinin qarşısı alınıb, geri qaytarılıb.
  85. Çapay Sadıqlı – AXCP Bərdə şöbəsinin sədri, 09 mart tarixdə Bərdə rayon polis idarəsinə aparılıb, bir neçə saatdan sonra sərbəst buraxılsa da, evi səhərə qədər polis nəzarətində olub. 10 mart səhər saat 09.00-da yenidən polis idarəsinə çağırılıb, saat 13.00-da polisdə olması tapşırılıb. Saat 13-dən 17-yə qədər polis idarəsində saxlanılıb, yalnız mitinqin vaxtı bitəndən sonra sərbəst buraxılıb. Bundan əlavə, AXCP Bərdə rayon şöbəsinin 5 nəfər üzvü nəzarətdə saxlanmaqla, 3 nəfəri Bakıya mitinqə gedərkən qatardan, 4 nəfəri avtobusdan düşürülüb geri qaytarılmaqla polis əməkdaşları tərəfindən mitinqə getmələri əngəllənib.
  86. Saqif Qurbanov – AXCP Təşkilat şöbəsinin müdiri, 05 mart tarixdə Sabail rayon 8-ci polis bölməsinə çağırılıb, ailəsi, yaşayış yeri barədə məlumatları, telefon nömrəsini soruşub yazıblar. Bir müddətdən sonra sərbəst buraxılıb.
  87. Nicat İbadov – AXCP Lənkəran şöbəsindən partiyanın Ali Məclis üzvü, 8-10 mart tarixlərində Lənkəran rayon polis şöbəsi tərəfindən izlənib, evi nəzarətə götürülüb, mitinqə getməsi əngəllənib. Rayon polis şöbəsinin müavini onunla söhbətində mitinqə getməməsi ilə bağlı təhdid edib və sifarişin yuxarıdan gəldiyini bildirib.
  88. Əliyar Həsənov – AXCP Sabirabad şöbəsi, 10 mart tarixdə səhər saatlarında Bakıya mitinqə gələrkən yolda polis onu maşında olan daha 3 nəfər AXCP üzvü ilə birlikdə saxlayıb, mitinqə getmələrinin qarşısını alıb.
  89. Orucəli Zülfüqarov – AXCP Sabirabad şöbəsi, 10 mart tarixdə səhər saatlarında Bakıya mitinqə gələrkən yolda polis onu maşında olan daha 3 nəfər AXCP üzvü ilə birlikdə saxlayıb, mitinqə getmələrinin qarşısını alıb.
  90. Əyyam Əkbərov – AXCP Sabirabad şöbəsi, 10 mart tarixdə səhər saatlarında Bakıya mitinqə gələrkən yolda polis onu maşında olan daha 3 nəfər AXCP üzvü ilə birlikdə saxlayıb, mitinqə getmələrinin qarşısını alıb.
  91. Teymur Həsənov – AXCP Şəki şöbəsi, 09 mart tarixdə Şəki rayon polis idarəsindən özünü Niyazi kimi təqdim edən şəxs ondan martın 10-da Şəkidə olmasını tələb edib. Teymur Həsənov Bakıda işlədiyi üçün gedə bilməyəcəyini söyləyib. Polis ondan martın 24-də mütləq Şəkidə polis idarəsində olmasını tələb edib.
  92. Natiq Rüstəmli- AXCP Beyləqan şöbəsi, 09 mart tarixdə Beyləqan rayon polis idarəsinə aparılıb, mitinqə getməməsi ilə bağlı təhdid edilib, bir neçə saatdan sonra sərbəst buraxılıb.
  93. Siyavuş Cuvarlı – AXCP Beyləqan şöbəsi, 09 mart tarixdə Beyləqan rayon polis idarəsinə aparılıb, mitinqə getməməsi ilə bağlı təhdid edilib, bir neçə saatdan sonra sərbəst buraxılıb.
  94. Sövdagər Mursaquliyev – AXCP Ağstafa şöbəsinin sədri, mitinq öncəsi günlərdə Ağstafa rayon polis idarəsi tərəfindən təqib olunub, axtarılıb, lakin bütün maneələrə baxmayaraq mitinqdə iştirak edib.
  95. Paşa Orucov – AXCP Ağstafa şöbəsi, mitinq öncəsi günlərdə Ağstafa rayon polis idarəsi tərəfindən təqib olunub, axtarılıb, lakin bütün maneələrə baxmayaraq gizli yolla Bakıya gələrək mitinqdə iştirak edə bilib.
  96. Xasay Mehdiyev – AXCP Ağstafa şöbəsindən partiyanın Ali Məclis üzvü, 10 mart tarixdə Ağstafa rayon polis idarəsinin Koçvəlli kənd bölməsinə aparılıb, mitinqə getməsi əngəllənib və saat 17.00-a qədər mitinqin vaxtı bitənədək orda saxlanılıb, sonra sərbəst buraxılıb.
  97. Seyid Bayramov – AXCP Ağstafa şöbəsi, 10 mart tarixdə Ağstafa rayon polis idarəsinin Koçvəlli kənd bölməsinə aparılıb, mitinqə getməsi əngəllənib və saat 17.00-a qədər – mitinqin vaxtı bitənədək orda saxlanılıb, sonra sərbəst buraxılıb.
  98. Məhərrəm Rzayev – AXCP Yasamal şöbəsi, mitinqdən 2-3 gün öncə 2017 ilin payız mitinqlərində onu həbs edən polis ehtiyatlı olması barədə xəbərdarlıq edib. 09 mart tarixdə Suraxanı rayon polis idarəsinin post patrul maşınının evinin qarşısına gəlib dayandığını görüb, gizlicə evlərin damı ilə qaçıb və mitinqə qədər başqa yerdə qalıb ki, onu həbs edib mitinqə getməsini əngəlləyə bilməsinlər. Bu zaman polis əməkdaşları evinə gəlib və ailə üzvləri onun evdə olmadığını söyləyiblər.
  99. Məhəbbət Nağıyev – AXCP Sabunçu şöbəsi, 07 mart tarixdə Sabunçu rayon 14-cü polis bölməsindən zəng edərək onu polis bölməsinə çağırıblar. Rayonda olduğunu və həmin tarixdə gələ bilməyəcəyini söyləyib. Polis bölməsindən tələb ediblər ki, Bakıda olan kimi polis bölməsinə gəlsin.
  100. Rəşad Həşimov – AXCP Saatlı şöbəsi, 11 mart tarixdə evinə Saatlı rayon icra hakimiyyətindən gəliblər, özü evdə olmayıb, ailə üzvlərini 10 mart mitinqində iştirak etdiyinə, facebokda mitinq təbliğatı apardığına görə hədələyiblər. Açıq şəkildə bildiriblər ki, onun siyasi və sosial şəbəkədəki fəaliyyəti izlənir, tələb ediblər ki, buna son qoysun, mitinqlərə getməsin.
  101. Kənan Əzizli – AXCP Sumqayıt şöbəsi, 10 mart tarixdə qeydiyyatda olduğu Masallı rayonunda polis əməkdaşları ailəsinin yaşadığı evə gedərək atasını və əmisini onun siyasi fəaliyyəti və mitinqdə iştirakı ilə bağlı hədələyiblər və onu bu yoldan çəkindirməyi tələb ediblər.
  102. Teyyub Muradlı – AXCP Biləsuvar şöbəsinin sədri, 10 mart tarixdə işlədiyi məktəbdə (o cümlədən rayonda olan bütün məktəblərdə) şənbə günü olduğuna baxmayaraq, pedaqoji şura adlanan iclaslar keçirilib və müəllimlər həmin tədbirə çağırılıb, Bakıya gedən taksilər və marşrut avtobuslar buraxılmayıb, yollarda polis postları qurulub. Beləliklə 10 mart mitinqinə gəlmək istəyənlərin qarşısını almaq üçün qeyri-rəsmi “fövqəladə vəziyyət” elan olunub.
  103. Bəxtiyar Əlizadə – AXCP Gəncə şöbəsinin sədri, 11 mart tarixdə Gəncə şəhər polis idarəsinə çağırılıb, xəbərdarlıq edilərək bir müddətdən sonra sərbəst buraxılb.
  104. Fatimə Mövlamlı – gənc facebook fəalı, AXCP tərəfdarı, partiyanın Nəsimi rayon şöbəsində könüllü, 10 mart tarixdə evindən mitinqə gedərkən 20 yanvar metrosuna qədər polis əməkdaşı tərəfindən izlənib, orda qaça-qaça (bu zaman polis də onun arxasınca qaçırmış) adamla dolu olan avtobusa minərək sərnişinlərin arasında gizlənib, polis əməkdaşı avtobusun içinə belə baxıb, bayırdan bir xeyli avtobusun içindəki adamların arasında Fatimə Mövlamlını axtarıb, lakin tapmayıb.

Qeyd: 1)Yuxarıdakı siyahıdan əlavə onlarla AXCP üzvü mitinqqabağı polis tərəfindən həbs olunmasınlar və mitinqdə iştirakları təmin olunsun deyə yaşadıqları evdən didərgin düşüblər, mitinqə getmələrini əngəlləmək üçün evlərinin qarşısında polis postları qoyulub.

 

2) Bakıda və rayonlarda onlarla bitərəf və digər müxalifət partiyalarının üzvlərini polisə çağırıb mitinqə getməməklə bağlı xəbərdarlıq və təhdid ediblər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ