SON DƏQİQƏ

PressDent.Info

Qlobal korrupsiyadan inklüziv cəmiyyətə qədər

Qlobal korrupsiyadan inklüziv cəmiyyətə qədər
15-03-2018, 20:32 4002 dəfə baxılıb

YAP hakimiyyətini niyə alqışlamaq lazımdır?

Mövcud hakimiyyətin inkişaf  göstəricisi kimi gözümüzə soxduğu arqumentlərdən biri də tez-tez Bakıda keçirilən Qlobal Forumlardı.  Ölkənin problemləri başından aşsa da, vətəndaş səfalət bayrağı qaldırsa da,  Azərbaycanın adı qara siyahılarda ön sıraları tərk etməsə də, hökumətimiz 70-ci dərəcəli məsələlərin həlliylə məşğuldu.  Ölkədə işıq, qaz, su problemin həll edə bilmirlər,  qlobla problemləri həll etməyə girişiblər. Bəli, dolma festivalından başlayıb, 6-cı Qlobal Foruma qədər irəliləyiblər.

Belə ki,  martın 15-də  “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.  Ölkə başçısı İlham Əliyev də tədbirdə iştirak edib və nitq söyləyib.

Əvvəla qeyd etmək lazımdır ki, zaman-zaman belə tədbirləri ölkədə keçirməklə böyük pullar yuyulur, imitasiya davam etdirilir, əsas mövzulardan diqqət yayındırılır.  Yəni, bu tədbirlərin keçirilməsində məqsəd Azərbaycanı qlobal siyasətin bir hissəsinə çevirmək, ölkədəki neqativləri aradan qaldırmaq deyil.

İkincisi,  150-dən artıq siyasi məhbusun olduğu,  şahın qanuna çevrildiyi, korrupsiyanın dövlət siyasətinə dönüşdüyü  ölkədə hansısa Qlobal Forumun keçirilməsi absurd görünür. Azərbyacan hakimiyyəti fərqliliklərin aradan qaldırılmasına deyil,  böyük fərqlilik yaradılmasına töhfə verə bilər. Məsələn, bu ölkədə hökumət komandası ilə xalq arasında böyük fərq yaranıb.  Miylonlarla vətəndaşı qəpik-quruşa möhtac edilib, bir qrup adam isə milyardlarla rəqs edir.

Tolerantlığa, multikulturalizmə, humanizmə gəlincə, Azərbaycan hakimiyyəti bu dəyərlərin məhv edilməsinin yolarını dünyaya göstərə bilər. Məsələn, tanınmış jurnalsit Xədicə İsmayılın anası vəfat etdi, amma jurnalisti anasının müalicə aldığı ölkəyə getməsinə imkan vermədilər. Yaxud, Qarabağ qazisi Asif Yusiflini dələduzluq ittihamı ilə həbs etdilər və səhhətindəki aır vəziyyət nəzərə alınmadı. Və ya ağır əməliyatdan çıxmış Gözəl Bayramlını şərləyərək həbs etdilər və heç bir sübut olmadan məhkəmə sifarişi icra etdi.  Bunun əksi olan nümunələr də var. Məsələn,  qəza törədərək insan həyatına son qoyan, küçənin ortasında polis döyən, milyonlarla vəsaiti oğurladığı aşkar edilən, mandat satdığı fəktlarla sübuta yetirilən, sahibkarları MTN-in zirzəmilərində işgəncəyə məruz qoyan məmur və məmur övladları mükafatlandırılır, fəxri adlara layiq görülür.

Göründüyü kimi Azərbyacanda tolerantlığın, humanizmin də analoqu yoxdur və qanunun gücü adamlara görə dəyişir.

Demək istəyirik ki, Azərbaycan hökuməti qlobla korrupsiyanın, qlobla saxtakarlığın, qlobla repressiyanın çiçəklənməsinə töhfə verə bilər, amma müsbət qlobla tendensiyaların yaranmasında bizim hökumətimizin əməyi ola bilməz.  Necə ola bilər ki,  qərb təhsilini, qərb səhiyyəsini,  qərb seçkisini, qərb məhkəməsini, qərb demokratiyasını ölkədə qovanlar, qərb ölkələri ilə birlikdə hansısa qlobal problemin həllinə nail olsunlar?

Cəmiyyəti bütün bəşəri dəyərlərdən məhrum edənlər,  müsbət ənənələri aradan qaldıranlar cəmiyyətdə fərqlilikləri necə aradan qaldıra bilərlər?

Amma YAP hakimiyyətini alqışlamağa dəyər. Çünki qloballaşan dünyaya mənfi töhfələr verib, eyn izamanda qlobla məsələlərin müzakirəsində iştirak etmək də bacarıq tələb edir. Bir tərəfdə Avropanın paytaxtlarında Azərbyacandakı neqativlər müzakirə olunur, o biri tərəfdə hökumətimiz  Qlobal  Forumlara ev sahibliyi edir.  Ölkədə bir neçə gündən sonra seçki şousu keçiriləcək, fərqli fikir daşıyanların bu seçkidə iştirakı olmayacaq və belə bir məqamda “fərqliliklərin aradan qaldırılması” mövzusunda qlobal müzakirələr gedəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ