SON DƏQİQƏ

PressDent.Info

“Sərhədsiz Reportyorlar” Kiyevi Fikrət Hüseynlini azad etməyə çağırıb

“Sərhədsiz Reportyorlar” Kiyevi Fikrət Hüseynlini azad etməyə çağırıb
15-03-2018, 20:04 3219 dəfə baxılıb

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Ukrayna baş prokuroru Lutsenkoya Niderland vətəndaşlığı olan jurnalist Fikrət Hüseynlini ölkədən dərhal buraxmaq çağırışı ilə müraciət göndərib.

Müraciətdə qeyd edilir ki, əslən Azərbaycanlı olan Fikrət Hüseynli beş aydır ki, Bakıya təhvil verilməsini tələb edən Azərbaycan hakimiyyətinin sorğusu əssında Kiyevdə saxlanılır.

Məhkəmənin qərarına görə, Hüseynli ölkədən buraxılmasına qarşı olan Ukrayna prokurorluğunun mövqeyi ilə əlaqədar Kiyevdə saxlanılır.

“Sizi onun pasportunu dərhal qaytarmağa və Hüseynlinin Ukraynadan çıxmasına icazə verməyə çağırırıq”, deyə müraciətdə bildirilir.

Onun rəsmi Bakıya təhvil verilməsi haqqında sorğu Azərbaycan hakimiyyətinin hakim rejimin tənqidçilərindən biri ilə hesablaşmaq cəhdidir. Hüseynli İlham Əliyevi tənqid edən “Azərbaycan saatı” internet kanalının əməkdaşıdır və Bakının bu jurnalisti susdurmaq cəhdinin səbəbi məhz budur, deyə müraciətdə qeyd edilir.

“Sizdən Hüseynlinin Azərbaycana təhvil verilməsi haqqında sorğunu dərhal rədd etməyi xahiş edirik. Niderland hakimiyyətinin onu öz müdafiəsinə götürdüyünü və ona ölkənin vətəndaşlığını verdiyini nəzərə alaraq, onun Azərbaycana göndərilməsi nəinki qanunsuz olacaq, həm də onu böyük təhlükəyə atacaq və bunun ən ağır nəticələri ola bilər”, deyə müraciətdə qeyd edilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ