SON DƏQİQƏ

PressDent.Info

ABŞ rusiyalılara qarşı yeni sanksiyalar elan edir

ABŞ rusiyalılara qarşı yeni sanksiyalar elan edir
15-03-2018, 19:42 3132 dəfə baxılıb

ABŞ-ın Maliyyə Nazirliyi Moskvanın ABŞ seçkisinə müdaxiləsi və Birləşmiş Ştatlara ziyanlı kiberhücumları ilə əlaqədar 19 rusiyalıya və Rusiyanın 5 vahidinə qarşı yeni sanksiyalar elan edib.

Martın 15-də elan edilmiş tədbirlərin hədəfi olan 19 şəxsə bundan əvvəl xüsusi prokuror Robert Mueller tərəfindən barələrində cinayət işi qaldırılmış 13 nəfər də daxildir. Onlardan biri də Kremlə yaxınlığı ilə tanınan biznesmen Yevgeni Priqojindir. Priqojin Rusiyanın “troll fabriki” kimi tanınan İnternet Araşdırmaları Mərkəzini maliyyələşdirməkdə ittiham olunur.

Yeni sanksiyaların hədəflədiyi vahidlərə gəlincə isə onlardan biri Rusiyanın hərbi kəşfiyyatı – Baş Kəşfiyyat İdarəsi (GRU), digəri isə əsas kəşfiyyat orqanı olan Federal Təhlükəsizlik Xidmətidir (FTB).

ABŞ maliyyə naziri Steven Mnuchin deyib ki, “administrasiya bu addımları Rusiyanın ziyanlı kiberfəaliyyətinə, ABŞ seçkisinə müdaxilə də daxil destruktiv kiberhumlarına qarşı atır”.

Mnuchin əlavə edib ki, yeni sanksiyalar ABŞ-ın Rusiyadan qaynaqlanmaqda davam edən hərəkətlər üçün nəzərdə tutulmuş geniş əks-tədbirlərinin bir hissəsidir.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ