SON DƏQİQƏ

PressDent.Info

“Bə şəraitdə keçirilən seçki legitim ola bilməz”

“Bə şəraitdə keçirilən seçki legitim ola bilməz”
7-02-2018, 15:44 6090 dəfə baxılıb

ReAl hərəkatı növbədənkənar prezident seçkisinin elan edilməsini “tələsik və arxasında heç bir ciddi əsasın göstərilmədiyi addım” kimi qiymətləndirir. Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd olunur ki, hazırda Azərbaycanda demokratik ölkələrdə növbədənkənar seçkilərin çağırılması üçün istifadə edilən əsasların heç biri mövcud deyil və bu, İlham Əliyevin vaxtından əvvəl yenidən eyni vəzifəyə yiyələnməsi üçün atılmış legitimliyi şübhə doğuran bir addımdır. “Bu, hakimiyyətin 2016-cı ildə həyata keçirdiyi hüquqazidd Konstitusiya dəyişikiklərinin davamıdır”, – deyə sənəddə yazılır.

ReAl hesab edir ki, növbədənkənar seçkilərin elan edilməsi ilə ölkədə azad və ədalətli seçki üçün onsuz da məhdud olan imkanlar bir az da məhdudlaşdırılıb. Belə məhdudiyyətlərdən biri də ReAl-ın sədri, prezidentliyə namizəd olan İlqar Məmmədovun hələdə həbsdə saxlanmasıdır. Bundan başqa, ReAl çoxsaylı jurnalist və bloggerin siyasi motivlərlə həbsdə olmasını, alternativ informasiya mənbələrinin sıradan çıxarılmasını, həmçinin sərbəst toplaşmaq və birləşmək azadlığının pozulmasını da qeyd edir.

“Növbədənkənar seçkilərin elan edilməsinin ağlabatan səbəbləri izah edilməyəcəksə, qeyd edilən və edilməyən digər məhdudiyyətlər aradan qaldırılmayacaqsa, azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ilkin şərtlər təmin edilməyəcəksə, bu seçkilər legitim ola bilməz və seçki prosesi ümumilikdə “pis hazırlanan teatr tamaşası”ndan başqa bir şey olmayacaq. ReAl qeyd edilən şərtlərin və İlqar Məmmədovun iştirakının təmin edilməyəcəyi seçkiləri tanımayacaq və seçiciləri bu tamaşada iştirak etməməyə çağırmaq hüququndan istifadə edəcək”, – deyə bəyanatda bildirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ