SON DƏQİQƏ

PressDent.Info

Qiyas və Həsən İbrahimovların apellyasiyasına baxılması başlayıb

Qiyas və Həsən İbrahimovların apellyasiyasına baxılması başlayıb
7-02-2018, 15:35 13746 dəfə baxılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində gənc fəal Qiyas İbrahimovun və atası Həsən İbrahimovun işi üzrə hazırlıq iclası keçirilib.

Ata və oğul CM-in 289.2-ci (hakimə hörmətsizlik) maddəsi ilə təqsirli bilinib. Yasamal rayon məhkəməsi Qiyas İbrahimova əvvəlcədən təyin edilmiş 10 illik həbs cəzasına əlavə olaraq 3 ay azadlıqdan məhrumetmə cəzası verib.

Həsən İbrahimov əmək haqqının 20%-i tutulmaqla, 1,5 il islah işlərinə məhkum edilib.

Vəkil Zibeydə Sadıqova apellyasiyaya Bakı Apellyasiya Məhkəməsində baxılmasına etiraz edib, belə ki, ata və oğul İbrahimovları məsuliyyətə məhz bu məhkəmənin hakimləri cəlb edib.

Amma məhkəmə BAM tərkibinə etirazı təmin etməyib.

Mahiyyəti üzrə dinləmələr fevralın 14-nə təyin edilib.

Bu cinayət işi iyunun 5-də BAM-da baş vermiş hadisə ilə əlaqədar açılıb. Dövlət ittihamçısının çıxışı zamanı hakimin Qiyasın heç nə eşitməməsi barədə çağırışlarına məhəl qoymamasından sonra Qiyas İbrahimov şüşə qəfəsdəki mikrofonu söndürüb (Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə həbs ediliblər).

Məhkəmə nəzarətçiləri qəfəsə daxil olublar və İbrahimova kobud güc tətbiq edərək, qandal taxıblar. Fəalın qəzəblənən atası etirazını bildirərək, hakimi zorakılığa son qoymağa çağırıb. “Gün gələr, bunlar sizin övladlarınızın başına gələr”, deyə o etiraz edib.

BAM hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Amir Bayramov bunu özlərinə qarşı hörmətsizlik kimi qəbul ediblər.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ