SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

RATİ: Azərbaycan növbədənkənar seçkiləri insan hüquqlarının pozulması fonunda elan edib

RATİ: Azərbaycan növbədənkənar seçkiləri insan hüquqlarının pozulması fonunda elan edib
7-02-2018, 15:21 20358 dəfə baxılıb

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) prezident İlham Əliyevin qəfil və əsaslandırılmadan 2018-ci il aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin etməsi barədə qərarını pisləyir və ölkədə lazımı səviyyədə ifadə azadlığı olmadığı halda bu müddətdə azad və ədalətli seçkilərin keçirilməsini mümkünsüz hesab edir.

Monitorinq göstərir ki, istər dövlət, istər ictimai və ya özəl teleyayım şirkətləri istisnasız olaraq hakimiyyətin tam nəzarəti altındadır və hakim rejimin təbliğat carçısı rolunu oynayır, ölkə əhalisinin təxminən 75 faizində hakimiyyət üçün zəruri olan ictimai fikri formalaşdırır.

“Ölkədə bir dənə də olsun müstəqil çap nəşrinin olmadığı, əksər müstəqil xəbər saytlarının məhkəmə və qeyri-məhkəmə yolu ilə bloklandığı, azsaylı müstəqil onlayn nəşrlərin üzərində qapanmaq təhlükəsinin olduğu, fundamental ifadə azadlığından istifadəyə görə hökumətin aparıcı tənqidçilərinin həbs edildiyi bir şəraitdə ifadə azadlığının səviyyəsi azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi tələblərə cavab vermir”, -RATİ-nin rəhbəri Emin Hüseynov bildirib.

RATİ ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu, Avropa Şurasının Venesiya Komissiyasını Azərbaycan prezidentinin əsaslandırılmamış qərarına birgə qiymət verməyə çağırır

Eyni zamanda, RATİ Avropa Şurası Nazirlər Kabinetini təcili məsləhətləşmələr aparmağa və Azərbaycan hökumətinə ölkənin 2001-ci ildə bu təşkilata üzv olarkən yerinə yetirmək öhdəliyi götürdüyü Avropa Şurası standartlarına uyğun seçkilərin keçirilməsi ilə bağlı təcili tövsiyələr paketi işləyib hazırlamağa çağırır.
RATİ həmçinin Azərbaycanın vətəndaş cəmiyyətini və siyasi partiyalarını prezidentin növbədənkənar seçkilərlə əlaqədar fərmanı ilə bağlı Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət etməyə səsləyir.

RATİ Azərbaycanın siyasi rəhbərliyini seçkiləri özlərinin əvvəlcədən və dəfələrlə elan etdikləri vaxtda – 2018-ci il oktyabrın 17-də keçirməyə və həmin vaxta qədər ölkədə ifadə, sərbəst toplaşmaq azadlıqlarına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəruri islahatlar həyata keçirməyə çağırır.

RATİ seçkiqabağı mühitin yaxşılaşdırılması üçün hakimiyyəti bütün siyasi məhbusları, o cümlədən jurnalist, bloger, yazıçı və şairləri azad etməyə, həmçinin vətəndaş cəmiyyətinin və siyasi müxalifətin sərbəst fəaliyyəti üçün qanunverici məhdudiyyətləri aradan qaldırmağa çağırır.

 

Oxunub: 76

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ