SON DƏQİQƏ

PressDent.Info

AŞPA-nın yeni prezidenti seçilib

AŞPA-nın yeni prezidenti seçilib
22-01-2018, 19:21 15486 dəfə baxılıb

AŞPA-nın bu gün açılan qış sessiyasında 61 yaşlı İtaliyalı parlamentari Mikele Nikoletti qurumun yeni prezidenti seçilib, bu barədə Strasburqdan Turan-ın xüsusi müxbiri bildirib.

Nikoletti 2013-cü ildən AŞPA üzvüdür, AŞPA-da İtaliya nümayəndə heyətinin və sosialistlər qrupunun sədridir.

“Münaqişələr və onların humanitar nəticələri” şüarı ilə keçirilən sessiyada Avropadakı münaqişələr, böhran zonalarında əziyyət çəkən insanların problemləri, Fələstin-İsrail münaqişəsinin dinc yolla həlli prosesi, Avropada antisemitizmin güclənməsi, islamofobiyaya və ksenofobiyaya qarşı mübarizədə AŞ-ın rolu müzakirə olunacaq.

Yanvarın 24-də Ermənistan prezidenti Serj Sarkisyan sessiyada çıxış edəcək.

Bundan başqa, Avropada mətbuat və internet azadlığına olan təhdidlər və hədələr, onlayn mühitdə ədavətə çağırışlara qarşı mübarizə məsələləri də AŞPA deputatlarının diqqət mərkəzindədir.

AŞ üzvü olan ölkələrdə monitorinq mexanizmlərinin təkmilləşdirilməsinə də diqqət yetiriləcək.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ