SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Xarici vəkilin İlqar Məmmədovun işinə qoşulmasına imkan verilmir

Xarici vəkilin İlqar Məmmədovun işinə qoşulmasına imkan verilmir
16-01-2018, 19:53 12789 dəfə baxılıb

“Dünən mən İlqar Məmmədovu Avropa İnsan Hüquqları Məhkəməsində hər iki iş üzrə mənimlə yanaşı təmsil etməyə razılıq verən tanınmış britaniyalı vəkilin işə qoşulması üçün zəruri sənədləri 2 saylı cəzaçəkmə müəssisəsinə göndərdim. Bu zaman birmənalı şəkildə göstərdim ki, bu, məhkum və onun müdafiəçisi arasında olan konfidensial yazışmadır.

2 saylı cəzaçəkmə müəssisəsində məktubu alar-almaz açıblar. Bu, bir pozuntudur. Bu gün məlum olub ki, İlqara həmin sənədləri verməyiblər”, – vəkil Fuad Ağayev özünün Facebook səhifəsində yazıb.

Vəkil qeyd edir ki, buradakı müdafiəçilərinə təzyiqlər bir yana, xarici vəkil işə qoşulmamış hüquqlarını pozurlar.

Bu pozuntuları cəzaçəkmə müəssisəsi rəhbərliyinin öz təşəbbüsü ilə törətməsi az inandırıcı görünür.

Onun sözlərinə görə vəkil olaraq onun da hüquqları pozulur: “Özümlə gətirdiyim sənədlər (o cümlədən, konfidensial sənədlər) məndən alınır və İlqarla Avropa İnsan Hüquqları Məhkəməsindəki proseslərə hazırlaşmağımıza çətinlik yaradılır.”

F. Ağayev bununla belə tövsiyə edir ki, cəzaçəkmə müəssisəsinin inzibati binasının ən azı koridorunda videokameralar quraşdırılsın, vəkillərin üzərində baxış-axtarış praktikasına son qoyulsun.

“Son vaxtlar baş verənlər bəzilərinin məni də hədəfə götürmələrinə dəlalət edir.

Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Ombudsman aparatına üzümü tutaraq demək istəyirəm ki, İlqar Məmmədovun təhlükəsizliyi və hüquqlarının pozulması üçün tam məsuliyyəti bütövlükdə Azərbaycan höküməti daşıyır.

Qeyd edək ki(“Turan”), bir neçə gün əvvəl də analoji hadisə baş verib. Vəkil F. Ağayev vəkillik hüququnun pozulduğunu qeyd edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ