SON DƏQİQƏ

PressDent.Info

Prokuror dayısını necə müdafiə edir?

Prokuror dayısını necə müdafiə edir?
8-01-2018, 19:39 20880 dəfə baxılıb

Laçın rayonu Minkənd kənd sakini Səfərov Cəlil Surxay oğlu Bərdə rayon sakini Füzuli Aslanovdan şikayətçidir. Redaksiyamıza müraciət edən vətəndaş Füzuli Aslanovun onun etibarından sui-istifadə edərək 137 min manat pulunun mənimsədildiyini bildirir.

Faktla bağlı yaşadığı ərazi üzrə Yasamal Rayonu Polis İdarəsinə  müraciət edən Cəlil Səfərov araşdırmanın nəticəsindən də narazıdır. Onun iddiasına görə işdə Laçın rayonunun prokuroru Ceyhun Almasovun himayəsi var. Belə ki, prokuror Füzuli Aslanovun doğmaca dayısıdır. Həmin pulun bir hissəsi də Ceyhun Almasova verilib. Bunun müqabilində prokuror Cəlil Səfərova iş düzəltməli imiş.

Respublika Baş Prokuroruna müraciət edən Cəlil Səfərova verilən cavab da onu qane etmir. Həmin məktubda bildirilir ki, guya onun Füzuli Aslanova 15 min dollar  borcu var və buna görə də sonuncu məhkəməyə müraciət edib.

Cəlil Səfərovun deməsinə görə Füzulinin ona borclu olması barədə xeyli şahidləri var. Dəfələrlə ağsaqqallar ona borcu xoşluqla qaytarmaq barədə bildirişlər də edib. Lakin Füzuli Aslanov borcu qaytarmaqdan əlavə Səfərova hədə-qorxu da gəlir.

Cəlil Səfərovla əməkdaşımızın söhbətini təqdim edirik.

Yazıda adı çəkilən digər şəxslərin mövqeyini də dərc etməyə hazırıq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ