SON DƏQİQƏ

PressDent.Info

Cəmil Həsənli 1959-1969 Azərbaycanından yazır

Cəmil Həsənli 1959-1969 Azərbaycanından yazır
7-01-2018, 14:44 1653 dəfə baxılıb

Yeni bir əsəri tamamlamaq üzrəyəm. İndilik şərti adı belədir: “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969”. Maraqlı bir dövrdür. On il ərzində ölkəmizdə baş verən hadisələrin tarixi mənzərəsini yaratmağa çalışmışam. Həmin araşdırmanın istiqlal şairi, milli kimlik uğrunda böyük mübarizə yolu keçmiş Xəlil Rza Ulutürklə bağlı olan son bir epizodunu şənbəmütaliəsi üçün sizlərlə bölüşmək istədim. Həcmi bir az çoxdur. Bu sizi qorxutmasın, çətini oxumağa başlamaqdır. Sonrasın özünüz görəcəksiniz…

“Xəlil Rza kimləri 5 qəpik cərimələyirmiş?

60-cı illərin əvvəllərində olduğu kimi sonunda da Yazıçılar İttifaqında müzakirələr vəmübahisələr Xəlil Rza ətrafında gedirdi. Hələ 1962-ci ilin yayında Xəlil Rzanın əsərləri artıq Moskvanın da diqqətini cəlb etməyə başlamışdı və Sov. İKP MK aparatının yerləşdiyi “Köhnə meydandan” verilən tapşırığına əsasən onun “millətçi” hesab edilən şerləri rus dilinə sətri tərcümə edilib Sovet Kommunist Partiyasının müttəfiq respublikalar üzrə partiya orqanları ilə iş şöbəsinə göndərilmişdi. Onun “Azərbaycan” jurnalının 1961-ci ildə çıxan 2-ci nömrəsindəki “Mənim muğamatım” , ondan öncə dərc edilmiş “Apardı sellər Saranı” şerləri, 1962-ci ilin mart nömrəsindədərc olunan “Ana dili”, “Sağlıq, yoxsa vəsiyyət”, “Az ömürlü ağ günlər” və Qlavlit tərəfindən nəşrinə icazə verilməyən “Məftilə sarınmış yaralar” poeması həmin dövrdəmillətçilik kimi qiymətləndirildi. Məsələ böyüyüb Mərkəzi Komitənin müzakirəsinəçıxanda yazıçı Əbülhəsən və xalq şairi Rəsul Rza onu müdafiə etdilər. 1967-ci ilin mart ayında Şıxəli Qurbanovun müəmmalı ölümündən sonra Xəlil Rza onun haqqında “Bahar təranələri” adlı poema yazmışdı. O, poemanı çap olunmaq üçün “Azərbaycan” jurnalı vermiş, lakin Şıxəli Qurbanov haqqında çox tərifli misralar və milli özünəvurğunluq meylləri olduğundan jurnal poemanı geri qaytarmışdı. Həmin ikinci bir hadisə də baş vermişdi. Vəli Axundov böyük çətinliklərdən sonra 1968-ci ilin noyabr ayında böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 250 illik yubileyinin Şuşada, Bakıda və Moskvada keçirilməsinə nail olmuşdu. Bakıda keçirilən yubiley tədbirinə Sovet respublikalarından və bir sıra xarici ölkələrdən qonaqlar dəvət edilmişdi. Onların arasında türk yazıçısı Tahir Kamal, İraq şairi Şakir Zabit, Yuqoslaviya şairi Nicati Zəkəriyyə və digərləri də var idi. Xəlil Rza Tahir Kamal vəŞakir Zabit ilə mehmanxanada görüşmüş, sonuncunu evinə dəvət etmiş və“Azərbaycan” jurnalı tərəfindən geri qaytarılmış “Bahar təranələri” poemasının əlyazmasını türk yazıçısı Kamal Tahir və İraq şairi Şakir Zabitə vermişdi. Bütün bunlar xarici qonaqları izləyən Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən qeydə alınmışdı. Eyni zamanda Xəlil Rzanın Vaqifin 250 illiyi şərəfinə Azərbaycan KP MK qəbul keçirərkən dəvət olunmamasına baxmayaraq xarici qonaqlar vasitəsi ilətədbirdə iştirak etməsi respublika rəhbərliyini hiddətləndirmişdi. Millətçi əsərlərinəgörə işdən çıxarılmış və əsərlərinin çapına qadağa qoyulmuş Xəlil Rza bu yubileyləbağlı daha bir məqamdan istifadə etmişdi. 1968-ci ilin noyabrında Moskvada Vaqifin 250 illiyi keçiriləndə Yazıçılar İttifaqının bütün rəhbərliyi Sovet paytaxtına getdiyindən Xəlil Rza İttifaqın Natəvan klubunda özünün ədəbi gecəsini keçirmiş və rəhbərliyi qıcıqlandıran şerlər oxumuşdu. Xəlil Rzanın ədəbi gecədə oxuduğu şerlər DTK tərəfindən “təhlil edilib respublika rəhbərliyinə məruzə edilmişdi. Eyni zamanda DTK Xəlil Rzanın yanında danışan adamların rus kəlmələri işlədiklərinə görə onun tərəfindən 5 qəpik cərimələnmələrindən də narahat olmuş, bunun yaxşı nəticəverməyəcəyindən rahatsız olmuşdu.

Rəyasət Heyətinin iclasında Xəlil Rzanı nədə ittiham etdilər?

Xəlil Rza Azərbaycan Pedaqoji İnstitutunda partiya qeydiyyatında olduğu üçün məsələsi əvvəlcəinstitutun partiya komitəsində, sonra isə 1969-cu ilin mart ayının 26-da Yazıçılar İttifaqının Rəyasət Heyətində geniş müzakirə edilmişdi. İclasda Rəyasət Heyəti üzvlərindən Mirzəİbrahimov, İmran Qasımov, Əhməd Cəmil, Rəsul Rza, Məmməd Cəfər, Kamal Talıbzadə, Qılman Musayev, Sabit Rəhman, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Əli Vəliyev, “Azərbaycan” jurnalının redaktoru Cəlal Məmmədov, “Literaturnıy Azerbaydjan”dan İvan Tretyakov, “Ulduz” jurnalından Cabir Növruz, “Ədəbiyyat vəincəsənət” qəzetindən Hüseyn Abbaszadəyazıçılardan Hüseyn Şərifov, Süleyman Vəliyev, Məmməd İbrahim, Azər Mustafazadə, Xəlil Rza iştirak edirdilər. İclasa sədrlik edən Mirzə İbrahimov bildirdi ki, Cəlal Məmmədov yoldaş Azərbaycan Pedaqoji İnstitutunun partiya təşkilatı yığıncağında Xəlil Rzanın məsələsinin müzakirəsində iştirak etdiyi zaman eşitdikləri haqqında məlumat versin. C. Məmmədov dedi ki, onunla birlikdə həmin iclasda şair Məmməd İbrahim (Məmməd Araz) də iştirak edib Xəlil Rzanı müdafiə etmişdir. Cəlal Məmmədov əlavə etdi ki, Xəlil Rza sovet yazıçısına və vətəndaşına yaraşmayan bır sıra nalayiq hərəkətlərinəgörə APİ-də müəllimlik vəzifəsindən kənar edilmişdir. O, özünü ifrat dərəcədə sərbəst apararaq, şöhrətpərəstlik hissinə uymuşdur. Onun ictimai yerlərdəki çıxışları ideoloji nöqteyi-nəzərdən yanlış və zərərlidir. Xəlil Rza millətçilik əhval-ruhiyyəsinin təsirinəqapılaraq öz tələbələrini də bu yanlış yola sövq etməyə cəhd göstərmişdir. APİ-nin partiya təşkilatı bürosu Xəlil Rzaya şəxsi işinə yazılmaqla şiddətli töhmət verilməsin qərara almışdır. Ümumi yığıncaqda həmin qərar təsdiq edilmişdir. Müzakirə əsnasında APİ-nin partiya bürosunun üzvü MürsəƏliyev qeyd etmişdir ki, Xəlil Rzanın beləhərəkətləri onu göstərir ki, Yazıçılar İttifaqında gənclərin tərbiyəsi işi yaxşı deyil.” Bu məqamda iclasa sədrlik edən Mirzə İbrahimov üzünü Xəlil Rzaya tutaraq dedi: “Mən sənə üç sual verəcəyəm. Mənim bu üç sualıma cavab ver: 1) Xəlil Rza dövlət qəbuluna sən necə və nə üçün gəldin? 2) Tahir Kamal a hansı kitab və əlyazmalarını verdin? 3) Natəvan klubunda sənin gecəni kimin icazəsi ilə və necə təşkil etdin? 

“Xəlil sən Azərbaycan xalqının dostusanmı?”

Bu suallara cavab olaraq Xəlil Rza bildirdi ki, “mən gündəlik aparıram. İndi 21-ci cild üzərində işləyirəm. Ədəbiyyatı izləyirəm. Vaqifin yubileyinə qonaq gəlmiş Şakir Zabitin fikri xoşuma gəldi. Biz Xalidə (Hasilova) xanımgilə getmişdik. Şakir Zabitin əl çantası təsadüfən Xalidə xanımgildə qalmışdı. Mən Şakir Zabitə bizim evdə gedib gözləməsin təklif etdim. Özüm də Xalidə xanımgilə getdim. Xalidə xanım mənəinanmadı. Şakir Zabit bizdən ona zəng vurdu, danışdı, mənimlə Şakir Zabitin arasında mehriban əlaqə yarandı. Sabahı günü mən ondan iki məktub aldım. Birinci məktubda o, məni onunla bərabər Mərkəzi Komitənin Vaqifin 250 illiyi ilə bağlı təşkil etdiyi ziyafətə getməyə dəvət edirdi. Mən ona xəbər verdim ki, məni ziyafətə dəvət etməyiblər. Buna cavab olaraq o, ikinci məktubunda məni qonaqlığa çağırdı və biletini də həmin məktubda mənə göndərdi. Şakir Zabit məndən kitab istəmişdi. Mən kitabın üstünü yazdım və mehmanxanaya apardım. Şakir otaqdan çıxmışdı. Mən Kamal Tahirin otağında oldum. Mən Kamal Tahirə “Yetginləş, Xəlil!” şerimi oxudum, Kamal Tahir məndən bu şerimi istədi. Mən ona verdim. Şeri oxuyandan sonra mən Məmməd Rahimin fikrini öyrənmək istədim. O, mənə dedi ki, şerim haqqında fikrini sonra deyər. Bu sözdən sonra mən stolun üstündən yavaşca öz şerimi götürdüm. Mən Kamal Tahirəəl yazması verməmişəm. Natəvan klubunda gecə təşkili haqqında: Mənim haqqımda danışılan bir sıra dedi-qodulara nəhayət vermək üçün yazıçılar klubunda şer gecəmi keçirməyi məsləhət bildim. Bu haqda qabaqcadan gəlib İmran Qasımov yoldaşla danışdım. İmran Qasımov (bu noyabr ayında olmuşdu) gecə keçirməyi məsləhət bilmədi. Mən fürsətdən istifadə edib Natəvan çıxış etmək istədim. Yazıçılar İttifaqının rəhbərləri Bakıda deyildilər. Afişanın yazılmasından mənim xəbərim yoxdur. Onu mən təşkil etməmişəm, mən yazdırmamışam.” Bu məqamda İmran Qasımov müzakirəyəmüdaxilə edib soruşdu ki, “institutda Əli bəy Hüseynzadə haqqında nə danışmısan, Xəlil Rza?” Xəlil Rza cavab verdi ki, institutda yox, Səlyanda Əkrəm Cəfər ilə bir yerdə olanda ona sual veriblər. O, da şairin yaxşı və pis cəhətlərindən danışıb.” Rəyasət Heyətinin üzvü Rəsul Rza sual verdi ki, “Xəlil sən Azərbaycan xalqının dostusanmı?” Xəlil Rza –bəli deyə cavab verdi. Onda Rəsul Rza dedi ki, “bəs nə üçün bizim başımızı aşağı salırsan?”

Mirzə İbrahimov Xəlil Rzanın afişasında bir epiqrafa toxunaraq “Şəmşad, bu epiqraf haradandır vəkim yazıb?” Şəmşad Rza dedi ki, “gecənin təşkili barəsində Xəlillədanışdım, epiqrafı isə özüm seçmişəm. Gözə çarpandır.” Müzakirəyə qoşulan “Ədəbiyyat vəincəsənət” qəzetinin redaktoru Hüseyn Abbaszadə izahat verdi ki, “qonaqlığa gəlmək barəsində Xəlil Rza düzgün demir. Vəli Axundov yoldaş məni çağırıb sual verdi: Bunu kim çağırıb? Xəlil Rza dedi ki, özüm gəlmişəm.” Mirzəİbrahimov əlavə etdi ki, “Vaqif plenumundan sonra Xalidə xanım məni bir neçəqonaqlarla evlərinə dəvət etdi. Tahir Kamal, Nicati, Mikayıl Rzaquluzadə və başqaları. Bir qədər oturduqdan sonra Xalidə xanım hövlnak mənə yaxınlaşdı: Şakir Zabit vəXəlil Rza gəlirlər, Mirzə müəllim, mən onları qovummu? Mən ona dedim ki, qonağı qovmazlar, qoy gəlsinlər, otursunlar. Bu sənə layiq işdirmi? Nə üçün özünü alçaldırsan? Krılov gecəsində məndən çıxış üçün söz istədin (rus şairi İ. Krılovun anadan olmasının 200 illiyi barədə gecə nəzərdə tutulur – C.H.). Mən sənə nə dedim? Dedim ki, planda yoxsan. Bu nə hərəkətdir, niyə camaatı çaşdırırsan? Mən hələ Qulu Xəlilovla olan əhvalatdan danışmıram ( “Yaşamaq istəyirəm” povestinin ilk jurnal variantı Qulu Xəlilov və Xəlil Rzanın birgə müəllifliyi ilə nəşr olunmuşdu. Sonra Xəlil Rza öz müəllifliyindən imtina etmişdi. Lakin povest Qulu Xəlilovun müəllifliyi iləkitab kimi nəşr olunanda Xəlil Rza onu məhkəməyə vermişdi – C.H.). Özünüz bilirsiniz.” Qocaman yazıçı Əli Vəliyev söz alaraq bildirdi ki, “mən bilmirəm niyə bu adam özü bilə-bilə öz evini yıxır, istedadlı şair və elmi dərəcəli bir müəllim olduğu halda niyə bizi ləkələyir? Cəlal obyektiv danışdı. Xəlil xalqımızın, təşkilatımızın vəözünün düşmənidir. Bu nə gündəlikdir aparırsan? APİ-də mən sənə nə qədər nəsihət etdim. Gündəliyini aparırsan apar, amma yaxşı apara bilmirsənsə niyə onu dəqiqədə bir dəfə əlinə götürüb bizə cürbəcür sitat oxuyursan? Filarmoniya gecəsindəəzizim, adama nə qədər gül dəstəsi gətirərlər? Bu sənin tərəfindən təşkil olunmuşdur. Zalın yarısı sənin tələbələrin idi. Burada sən şer oxudun. Nələr dedin? Niyə yalan danışırsan? Sən bir şerində deyirsən ki, Şıxəli Qurbanov İsmayıl Şıxlının çiyində məzara getdi. Axı, İsmayıl Şıxlı o vaxt bizimlə Moskvada idi. Bu uydurmanı haradan düzəltdin? Filarmoniyada özünü çox pis apardın. “Mənim böyük qardaşım Xəlilbəyli bu gül dəstəsini aparıb Şıxəli Qurbanovun qəbri üstə qoysun…” Filarmoniyanın direktoru Niyazi əhvalatdan xəbərdar olub sərəncam verdi ki, çırağı keçirsinlər. Bu təhqirdir. Gül dəstəsi, çəpik, istedadın yüksəlişi deyil, niyə sovet hökuməti sənin düşmənin olur? İstanbulla, Türkiyə ilə bizi niyə bağlayırsan? Çox təəsüf ki, Əliağa Kürçaylı burada yoxdur. O, deyir ki, sən adamlara çox tez inanırsan və təsir altına düşürsən. Sənin evini yıxan Əkrəm Cəfər və Qulamhüseyn Beqdeli kimi adamlardır. Özünü çox pis aparırsan. Sən hələ az yazmısan, yetgin şair deyilsən. Qulu Xəlilovla olan məhkəməməsələsi…Biz bunu ərköyün böyütmüşük. Qabağını almamışıq. Ona görə iş gəlib bu yerə çıxıb.” Yazıçılar İttifaqının katibi İmran Qasımov əlavə izahat verdi ki, “mənim Xəlil Rza ilə bir neçə dəfə söhbətim olub. Bu söhbətlər nə qədə

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ