SON DƏQİQƏ

PressDent.Info

“Polis siyasi cəhətdən neytral olub vətəndaşa xidmət etməlidir”

“Polis siyasi cəhətdən neytral olub vətəndaşa xidmət etməlidir”
30-12-2017, 14:26 5916 dəfə baxılıb

Gürcüstanın daxili işlər naziri Geoqri Qaxarya Gürcüstanın Mədəniyyət Nazirliyində yazıçılarla görüşündən sonra jurnalistlərə bildirib ki, əsas məqsədləri Daxili İşlər Nazirliyi və polis sistemində aparılacaq islahatlara mümkün qədər çox ictimaiyyəti cəlb etməkdir.

Görüşdə yazıçı Zviad Ratiani’nin məsələsi də müzakirə olunub. Qaxarinin sözlərinə görə, müəyyən mövcud məsələlər var ki, bu səbəbdən də o, yazıçılarla görüşə gəlib.

“Bizim əsas vəzifəmiz, Daxili İşlər Nazirliyinin polis sistemində aparılan islahatlara maksimum şəkildə ictimaiyyətin qoşulmasını təmin etməkdir. İctimai etimad olmadan, Daxili İşlər Nazirliyinin polis sistemində islahatlar aparmaq mümkün olmayacaqdır. Mən başa düşürəm ki, etimadla bağlı müəyyən problemlər var. Müəyyən məsələlər var ki, məhz onlara görə buraya gəlmişəm. Bizim tərəfdən qapılar açıqdır. Biz bu addımı atdıq, həmkarlarımıza və ictimaiyyətə də təklifimiz budur ki, əsas istiqamətimiz gələcəyə yönəlik olmalıdır. Biz hamımız yaxşı başa düşürük ki, qarşılaşdığımız çətinlikləri nəzərə alsaq, hal-hazırda ən vacib məsələ sistemin islahatıdır.
Bura gəlişimizin ikinci səbəbi isə odur ki, bir neçə gün əvvəl mətbuat konfransı keçirildi və bu mətbuat konfransı zamanı biz sistemin islahatı ilə bağlı mövqeyimizə çox uyğun gələn mesajları aydın gördük. Polis sistemi vətəndaşa yönəlik (odaklı) və siyasi cəhətdən neytral olmalıdır. Bu, bizim əsas vəzifəmizdir “, – Georgi Qaxariya jurnalistlərlə müsahibəsində bildirib.

 

Qeyd edәk ki, yazıçı Zviad Ratiani Tiflis prokurorluğunda dindirilib. Bu barədə şöbənin mətbuat xidmətindən məlumat verilib. Məlum olduğu kimi Baş Prokurorluq soyğunçuların Zviad Ratianiyә fiziki xәsarәtlәr yetirdiyi üçün istintaqa başlamışdı. Ratiani polisi fiziki şiddət göstәrmәkdә ittiham edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ