SON DƏQİQƏ

PressDent.Info

Ölkədəki hakim orqanların zülmündən bezən gənc ailə.

Ölkədəki hakim orqanların zülmündən bezən gənc ailə.
8-07-2017, 16:12 8526 dəfə baxılıb

Bəşirli Cəlal Fehruz oğlu şəxsi Facebook səhifəsində paylaşdığı məlumatla ölkədəki özbaşınalığın yeni üzünü açıb. Sürətlə yayılmaqda olan statusunda o deyir:

6 ildən sonra övlad sahibi olmuşuq. Körpəmizlə bizi imtahana çəkirlər, övladımıza heç bir əsas olmadan Doğum Haqqında Şəhadətnamə vermirlər. Bütün strukturlara məktubla müraciətlər etmişəm, amma heç bir cavab yoxdur.

Ayrı- ayrı vaxtlarda Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Xətai rayon Məhkəməsinə, Prezident Administrasiyasına, Ali Məhkəməyə, Ölkə Prezidentinə və Birinci Vitse Prezidentə məktubla müraciətlər etmişəm.

İlk özbaşınalıq Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi tərəfindən edildi. O az deyilmiş kimi keçmiş Milli Təhlükəsizlik Nazirliyi, indiki Dövlət Təhlükəsizliyi Xidməti sifarişlə bizə işgəncə verdi.

Daxili İşlər Nazirliyi bizə köməklik etmək əvəzinə məni qanunsuz həbs edir, işgəncələr verir və gələcəyimi məhv edir. Mənə kimsə cavab verə bilərmi əgər Daxili İşlər Nazirliyi vətəndaşı, onun hüquqlarını müdafiə etmirsə onda bu qurum nəyə lazımdır? Axı ölkə hakimiyyəti hara baxır, mənim haqqımı tapdalayan dövlət mənim övladıma nə gələcək verə bilər?!  

Hurriyyet.info saytının yaydığı məlumata əsasən.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ