SON DƏQİQƏ

PressDent.Info

Müsavat Partiyası aksiyanı təxirə saldı

Müsavat Partiyası aksiyanı təxirə saldı
21-10-2017, 13:43 16008 dəfə baxılıb

Müsavat Partiyası oktyabrın 21-nə təyin olunan yürüşü təxirə salıb.

Partiyanın yaydığı açıqlamada deyilir: “Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının oktyabrın 21-də yürüş keçirmək barədə müraciətinə cavab olaraq aksiyanın keçirilməsinə qadağa qoyub.

İcra Hakimiyyəti Bakı şəhərində nəqliyyatın sayının artmasını, aksiyanın nəqliyyatın və piyadaların hərəkətinə mane olacağı ehtimalını bəhanə gətirib. İcra Hakimiyyətinin belə cavabı sərbəst toplaşmaq azadlığının formalarından biri olan yürüş və nümayişlərin birdəfəlik qadağan olunması kimi qiymətləndirilməlidir. Bu, ölkə Konstitusiyasının və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun kobud şəkildə pozulmasıdır.

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qərarını qanunsuz və əsassız hesab edir.

Müsavat Partiyası ölkədəki situasiyanı analiz edərək oktyabrın 21-də yürüş keçirilməyəcəyini, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizəsini bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdirəcəyini bəyan edir”, açıqlamada qeyd edilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ